azadses.az » Cəmiyyət » Prezidentimizi tezliklə Xankəndində görəcəyik - ŞƏRH

Prezidentimizi tezliklə Xankəndində görəcəyik - ŞƏRH

“Prezident və ailəsinin Şuşaya səfəri məni həm çox sevindirdi, həm də duyğulandırdı. Uşaqlığımın ən şirin çağlarında Şuşanın Gövhərağa məscidində rəhmətlik atam Seyid Bəhram Ağa ilə birlikdə qıldığım namazlar yadıma düşdü, xatirələrim çox dağınıqdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

O bildirib ki, Prezidentin Şuşaya səfəri Ermənistana verilmiş tarixi və siyasi mesajdır: “Aparıcısı olduğum “İnam” verilişinin hər cümə buraxılışında kövrələrək dua edirdik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Şuşanın işğaldan azadlığını bizə lütf et. Şükürlər olsun ki, Ali Baş Komandanın şücaəti və ordumuzun yenilməz hünəri sayəsində dualarımız ərşə ucaldı və biz Qarabağın fəthini görə bildik.

Xüsusi olaraq Gövhər Ağa məscidinin, mədəniyyət paytaxtının və müsəlman xalqlarının örnək ala biləcəyi müqəddəs Şuşanın erməni işğalçıları tərəfindən ələ keçirilməsi qəlbimizi həmişə sızladırdı. Odur ki, ölkə başçısının bu səfəri, xüsusilə cənab Prezidentin ilk bərpa işlərinin Şuşadan başlanacağını bəyan etməsi, viran vəziyyətində saxlanılmış Gövhər Ağa məscidini ailəsi ilə birlikdə ziyarət etməsi və içəri ayaqqabısız daxil olması, eyni zamanda Mehriban xanımın ora “Qurani-Kərim” aparması məni çox təsirləndirdi. Ali Baş Komandan Şuşanın qanayan yarasına öz isti nəfəsi ilə işıq bəxş etdi, o yaraya sığal çəkdi. Sözsüz ki, dövlət başçısı bu addımı ilə hər bir azərbaycanlının qəlbini fəth etdi. İlham Əliyev bir daha göstərdi ki, dini və milli-mənəvi dəyərlərimizin həqiqi təəssübkeşidir. O, Qarabağa əliboş getmədi, ustad Bülbülün, Üzeyir Hacıbəylinin və Natəvanın güllələnmiş büstlərini öz yerinə yerləşdirməklə narahat və inləyən ruhlarını sevindirdi, tariximizi özümüzə qaytardı. İlahinin diktəsi ilə faktiki olaraq Şuşanın mədəniyyət beşiyi statusunu bərpa etdi, bu büstlərin önündə dayanaraq “Şuşanı göz bəbəyimiz kimi qoruyacağıq” deməklə 100 il sonrakı nəsillərə də tarixi mesajını verdi. 100 minlərlə “Əhli-beyt” sevərlər və Qarabağ Seyid Ocaqları adına Ali Baş Komandana təşəkkür edirəm. Mehriban xanımın Ağdam məscidinə olduğu kimi, Şuşaya da “Qurani-Kərim” aparması həm də ona işarə idi ki, onlar Allahın evində hər zaman mühafizə olunacaq.

Cənab Ali Baş Komandanın bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu şəraitdə Şuşaya getməsi düşmənlərə və onu müdafiə edənlərə də bir dərs idi. O bildirdi ki, tarixi, əzəli yurdun sahibi mənəm və mən öz yurduma dönmüşəm. Allahdan Ali Baş Komandana sağlam ömür içində zəfərlərinin artması üçün dua edirəm. İmana silah kimi sarılan bu vətənin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizə də Allahdan rəhmət diləyirəm”.

C.Əzimbəyli bildirib ki, Prezidentin Şuşadan Xankəndini izləməsi ayrıca bir mesajdır. O, sözlərinə belə davam edib: "Şuşadan baxdıqda Xankəndi ovcunun içində görünür. Ümid edirəm və buna inanıram ki, bizlərə əvəzsiz bir zəfər yaşadan İlham Əliyevi tezliklə xanın kəndi olan Xankəndidə görəcəyik. İnşallah Prezidentimiz qısa zamanda burada da bayrağımızı dalğalandıraraq, açılışlarda olacaq".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib