azadses.az » Cəmiyyət » Mirşahin: “Hamımız eyni qan qrupundanıq”

Mirşahin: “Hamımız eyni qan qrupundanıq”

“Ali Baş Komandan İlham Əliyevin hərbi strateji tezisləri son nəticədə hərbi strateji qələbə ilə yekunlaşdı. Prezident İlham Əliyevin mülki strateji tezisləri də mülki strateji qələbəylə yekunlaşacaq. Bundan ötrü tələb olunan əsas şərt işğaldan azad olunmuş ərazilərə qısa bir zamanda qayıtmağımız, orada məskunlaşmağımızdır. Açıq danışaq, qayıtmamaq üçün səbəb axtarmalı deyilik. Əksinə ora getmək üçün bəhanə axtarmalıyıq. Unutmayaq ki, əlyazmaları kimi videoyazılar da yanmır. Allah və tarix şahiddir ki, “təki torpaqlarımız azad olunsun ayaqyalın gedərəm, dizin-dizin sürünərəm!” kimi bəyanat-duaların müəllifləri də bizik. Şəhidlərimiz həm də bu arzuların, diləklərin uğrunda həlak olublar. Əlbəttə, böyük köç prosesinin başlanmasına mane olan obyektiv səbəblər var. Məsələn, ərazilərin minalardan təmizlənməsi lazımdır, evlər tikilməli, yollar salınmalı, infrastruktur məsələləri həll edilməlidir. Ərazi bütövlüyümüzü bərpa etmişik. İndi də əhali bütövlüyümüzü bərpa etməliyik”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayv deyib.
 
M.Ağayev bildirib ki, bu torpaqlara yalnız Qarabağ köçkünləri qayıtmamalıdır: “Hər birimiz qayıtmalıyıq. Ermənistandan qaçqın düşən də, şəkili də, naxçıvanlı da, göyçaylı da, bakılı da, qobulu da... Adlarını çəkmədiyimiz-xəritəmizin bütün santimetrlərindən olan hər kəs indi Qarabağlı olmalıdır. Orda şəhadətə yetişən 3000-ə yaxın vətəndaşımızın qanı Qarabağ torpaqlarının damarlarından axır. Deməli hamımız eyni qan qrupundanıq. Şəhid qan qrupundan. Bu gün Dağlıq Qarabağın bərpası Dövlət başçısının əsas prioritetidir. Artıq münaqişə bitib. Postkonflikt dövründə əsas məsələ şəhərsalma mədəniyyətinin müasir standartlarını tətbiq etməklə işğaldan azad edilmiş ərazilərin minimum orta statistik Azərbaycan regionu səviyyəsinə çatdırılmasına nail olmaqdır. Doğrudur, tariximizin Mingəçevir, Sumqayıt kimi şəhərsalma ənənələri var. Amma bu gün dünyanın bu sahədə ən irəli getmiş təcrübələri öyrənilir. Bu isə o deməkdir ki, şəhərinə, rayonuna, kəndinə, tərk edərkən qoyub çıxdığı simada qayıtmaq istəyənləri yeni mənzərə qarşılayacaq. 30 il ultrasürətli zamanda çox böyük müddətdir. 30 il əvvəlki məkana qayıtmaq 30 il əvvəlki zamana qayıtmaq deyil. Deməli, müasir şəhərsalma mədəniyyətinin zövqü ilə barışmaq lazım gələcək. Öz kəndim, öz divarım tipli düşüncələr isə bərpa strategiyasının əlinə gəlmir, bu bir xiffət simptomudur. Bizim qoyub çıxdığımız yerlər çoxdan o deyil. Qayıdış emosiya amili olmaqdan çıxmaqdadır. Dövlət keçmiş köçkünlər üçün evləri bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə inşa edəcək! - deyəndə həm də artıq soydaşlarımızın bir böyük qrupunu mənən böyük köçə hazırlayır. Geri dönüşə. Azad edilsin iməkləyə-iməkləyə gedəcəyini niyyət edən, "quruca həyətdə yataram",- deyə dilək tutan insanları və bir də hər birimizi... Hə-bir də unutmayaq ki, Şuşa, Kəlbəcər, Laçın və işğaldan azad edilən başqa yaşayış məntəqələrimiz açıq havada restoran deyil. Yəni oralara İstisuda kabab yeyib üstündənbulaq suyu içməyə, kurort ab-havası ilə baş çəkib geri qayıtmağa getməməliyik. 3000 şəhid, minlərlə yaralı özündən, gözündən, bizim Dağlıq Qarabağı Bağlıq Qarabağa çevirib daça tikməyimiz, ildə bir-iki dəfə getdib yeyib-içməyimiz üçün keçməyiblər. Yenə o Qarabağ olaydı. Yeyib içmək olaydı, kef çəkəydik niyyətimizi gərək elə beşikdəcə boğaq. Bizim Böyük Qayıdışımız üçün iki şərt lazımdır. Böyük olmağımız və Qayıtmağımız. Elə buna görə də dövlət tikinti-inşaat proseslərinin intizamla idarə olunması məqsədilə fərqli tapşırıqlara məsul qərargahlar yaradıb. Azəryol, Azəriqaz, Azərsu, Azərişıq imkanlarından da artıq sürətlə çalışır. Prezident Şuşaya yeni çəkilmiş yolla getdi. “Yeni çəkilmiş yol” üç sözdür. Amma təsəvvür etməyə çalışaq ki, Prezidentin qoyduğu tapşırıqları insanlarımız qışın, qarın, meşələrin, çətin aşırılan dağların içində, bəzən dağda-dərədə hələ də gizlənən, məğlubiyyətinin quduz etdiyi erməni silahlısının ola biləcəyi yerlərdə hansı şəraitdə və necə böyük iradə və inanılmaz sürətlə yerinə yetirir... Burda çəkilən hər metr asfalt, hər dirək işıq, hər boru su dövlət sərhəddi dəyərindədir. Qarabağı geri aldıq. Bu bizim Qarabağı geri qaytarmaq əzmimizin də nəticəsidir. Neçə illər idi ki, Dağlıq Qarabağın qaytarılması bizi bilrləşdirən ümummilli səbəb idi. Adətən belə nəhəng sterjnlar müxtəlif xalqları ayaqda saxlamağa kömək edir. Ermənilər yalançı soyqırımı, yəhudlilər doğruçu xolokost ətrafında özmilli-ideoloji mərkəzlərini yaradıblar. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməklə həm də yeni xüsusi vəziyyətə köçür. Biz bundan sonra yeni zaman üçün yeni birlik kobnsepsiyasına, konsolidasiya platformasına köçürük. Böyük Qayıdış. Qarabağın tikilib qurulması, gücləndirilməsi. Azərbaycanın ən inkişaf etmiş regionuna çevrilməsi. Unutmayaq ki, bizim qələbəmiz həm də ermənilərin məğlubiyyətidir və onlar bu vəziyyət ətrafında sıx birləşəcəklər. Azərbaycan 44 gün ərzində göstərdi ki, o Qarabağ uğrunda ölməyi və azad etməyi bacarır. İndi isə azərbaycan Qarabağ uğrunda yaşamağı və abad etməyi bacardığını sübut etməlidir. İnsanlar Qələbəni hiss yox, həm də dərk, həzm etməlidir. Bu gün hansısa Xankəndi hava limanı ətrafında demoqoiya ilə məşğul olmaq əvəzinə Füzuli hava limanı ətrafına cəmləşməliyik. Şuşaya niyə köhnə yolla getmirik sualıyla uğraşmalı deyilik, yeni yolla gedib orda yaşamağa başlamalıyıq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  2. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  3. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  4. Argentinada 6 maqnitudalı zəlzələ olub
  5. Şanlıurfada yol qəzası olub, ölənlər var
  6. Lerik rayonunda zəlzələ baş verib
  7. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  8. Salyanda yay şumu qaldırılır
  9. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"