azadses.az » Cəmiyyət » “Mən sizin Şuşada icra başçınızam, Bakıda yox”

“Mən sizin Şuşada icra başçınızam, Bakıda yox”

“Evimiz yanıb kül olub. Bütün əşyalarımız yanıb, heç nəyi çıxara bilməmişik. Qışın ortasında günlərdir ki, çadırda yaşayırıq. Bizə yardım edən yoxdur”.
 
Bu şikayətlə Yasamal rayonu, Şərifzadə küçəsi: 111 a ünvanında yaşayan Zahid Məmmədov müraciət edib. Onun sözlərinə görə, ailə Şuşa şəhərindən məcburi köçkündür. Atası, anası və qardaşı ilə birlikdə 1996-cı ildən bu ünvanda tikdikləri iki otaqlı evdə yaşayıblar. Yanvar ayının 21-i evlərində qısaqapanmadan yanğın hadisəsi baş verib: “Biz hamımız işdə olmuşuq, yalnız atam evdə olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə zəng edib, lakin onlar gəlincə ev yanıb külə dönüb. Bütün əşyalarımız da yanıb, heç nə çıxara bilməmişik”.
 
Z. Məmmədov iddia edir ki, aidiyyatı orqanlara müraciət olunsa da, vəziyyətləri ilə bağlı yardım edən olmayıb: “Atam Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərovun qəbulunda olub. Ona deyib ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət etmişik. Dedilər bazar ertəsindən sizin problemlə məşğul olacağıq, amma heç bir köməklik edən yoxdur. Həm atam, həm də anam yaşlı insanlardır, xəstədirlər. O gündən bu vəziyyətdə çadırda yaşayırıq ”.
 
Şikayətçinin sözlərinə görə, ötən gün ailəyə universitetlərin birinin yataqxanasında yaşamaq təklif olunub, lakin razılaşmayıblar: “Biz öz evimizi istəyirik, xahiş edirik, evimizin təmirinə köməklik olunsun”.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllinə, onların müvəqqəti yaşayış yerlərində üzləşdikləri çətinliklərin aradan qaldırılmasına diqqət göstərilir: “Bakı şəhərinin Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçın rayon sakini Qafarov Sərvan Arif oğlu və Şuşa şəhər sakini Məmmədov Vahid Allahyar oğlu bir müddət bundan əvvəl elektrik naqilindəki qısaqapanma nəticəsində yaranan yanğında yararsız hala düşmüş yaşayış yerlərinin bərpasına kömək gəstərilməsi xahişi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Hazırda Dövlət Komitəsində bu müraciətlərə baxılır və doğma yurda qayıdışı gözləyən vətəndaşlara, mövcud qanunvericilik çərçivəsində, müvafiq köməklik göstərilməsi imkanları nəzərdən keçirilir”.
 
Qafqazinfo
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib