azadses.az » Cəmiyyət » Məktəblər yenidən bağlanacaq? - AÇIQLAMA

Məktəblər yenidən bağlanacaq? - AÇIQLAMA

Bir aydır ki, koronavirus xəstələrinin sayı azalan tendensiya ilə davam edir. Demək olar ki, xəstələr sadəcə bir şöbədə yerləşdirilib. Ciddi mənada azalma görünür.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib. Həkim bildirib ki, vaksinasiyadan sonra yaranan narahatlıqla bağlı müraciət edənlər çox azdır:

“Peyvənd olunan insanların sayı ilə əks təsirləri arasındakı nisbətə baxsaq, görərik ki, peyvəndin istifadə qaydalarında yazılan əlavə təsirlərlə üst-üstə düşür. Məsələn, peyvənd sonrası 24, 48 saat arasında yüngül dərəcəli qızdırma, halsızlıq, yerli iltihabi reaksiya ola bilər. Bunlar normal əlamətlərdir. Əslində bu əlamətlərin olması vücudun peyvəndə qarşı yaxşı cavab verdiyini və qoruyuculuğun yüksək səviyyədə əmələ gələcəyini göstərir”.

Virusun meydana çıxan mutasiyalarından söz açan ekspert qeyd edib ki, Azərbaycanda sözügedən ştamlar hələ aşkarlanmayıb:
“Ümumiyyətlə, milyonlarla mutasiyalar var. Sadəcə Britaniya ştammı dedikdə iriçaplı mutasiya nəzərdə tutulur. Çünki xırdaçaplı mutasiyaları təsbit etmək mümkün deyil. Bu, genetik mutasiya çərçivəsindədir, klinik təzahürləri barəsində konkret fikir söyləmək çox tezdir. Çünki koronavirusun gedişatı və klinik təzahürləri bizə pandemiyanın 6-cı ayından sonra tam olaraq aydınlaşmağa başladı. Buna baxmayaraq, xəstəliyin əlamətləri sırasına bu gün də yeni klinik təzahürləri əlavə olunur. Odur ki, İngiltərədə, Braziliyada qeydə alınan mutant virusların klinik şəklinin necə olacağını demək çox tezdir. İlk mülahizələr bu yöndədir ki, mutasiyaya uğramış koronavirus daha sürətlə yayılır, daha geniş yayılma potensialı qazanıb. Amma xəstəliyin gedişatı, klinik ağırlıq dərəcəsi ilə bağlı fikir irəli sürülməyib. Odur ki, ehtiyat tədbirlərini hər zaman olduğu kimi qorumalıyıq, qorunma yolları dəyişməz olaraq qalır. Çünki xəstəliyin yaranması üçün virusun hər hansı formada vücudumuza daxil olması lazımdır. İstər mutasiya olsun, istər olmasın. Mutasiyanın kliniki təzahürlərini öyrənmək üçün araşdırmaların aparılmasına ehtiyac var.
COVID-19-a yoluxub sağalanlar və peyvənd olunanlar üçün onun mutasiya olunmuş versiyası daha təhlükəsizdir. Yeni mutasiya olunsa da, onun ana strukturu köhnədir. Çarpaz immunitet deyilən bir fenomen var ki, hər hansı koronavirus növü ilə təmas etmiş, xəstəlik keçirmiş insanlarda xəstəliyə yoluxma ehtimalı nisbətən azdır, yoluxsa belə, ağır keçirmə ehtimalı daha azdır. Odur ki, virusa qarşı bədənində antitellər yaranan insanlar yeni ştamma yoluxsa da, yüngül keçirəcəklərini demək üçün əsasımız var”.
Azərbaycanda koronavirusdan ölüm hallarının 2 faiz olduğunu deyən Fərrux Sədirov xəstəliyin sonrakı fəsadlarından da söz açıb:
“Pandemiya dünyanı cənginə alıb, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olur. COVID-19 xəstəsi heç bir şikayəti olmasa da, izolyasiya olunmalı və əmək fəaliyyətini dayandırmalıdır. Bütün bunlar dünyanın sosial-iqtisadi düzənini pozur. Yeni mutasiyaların daha sürətlə yayılması əlavə problemlər yaradır, təbii ki, öldürücülüyün eyni olaraq qalması daha ağır ola bilər. Güman edilir ki, virusun mutasiyası sadəcə yoluxuculuğa təsir edəcək, ölümdə isə azalma gözlənilir. Proqnozlar özünü doğruldarsa, virusla mübarizə aparmaq daha asan olacaq”.
Məktəblərin açılmasının yoluxma sayına təsirini həkim belə şərh edib:
“Bu günə qədər apardığımız tədbirlər effektiv olub. Azərbaycan koronavirusla mübarizədə çox öncül ölkələr arasındadır. Yoxlama strategiyası aparacağıq. Əgər bu nəticələr qənaətbəxş olmasa, daha faciəvi nəticələrin qarşısını almaq üçün məktəblərin bağlanması məsələsi dövlət səviyyəsində yenidən aktuallaşa bilər. Ümid edirəm ki, belə olmayacaq, cəmiyyətdə ciddi mənada dəyişiklik hiss edirəm, əvvəlki ilə müqayisədə məsuliyyət hissi daha çoxdur”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib