azadses.az » Cəmiyyət » Kəmalədin Heydərov niyə susur?

Kəmalədin Heydərov niyə susur?

Prezident İlham Əliyevin AzTV-yə verdiyi müsahibədə tənqid etdiyi məmurların fəaliyyəti yenidən diqqət mərkəzinə çevrilib. Hazırda mətbuat və cəmiyyət həmin şəxslərin personasını təftiş edir, qaranlıq məqamları üzə çıxarmağa çalışır. Sözsüz ki, bu sırada həmin məmurların sahib olduqları mülklərlə bağlı xəbərlər çoxluq təşkil edir.
 
''Azad Səs'' Yenisabah.az-a istinadən xəbər verir ki, son günlər iki yüksək rütbəli məmurun – Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun sahib olduqları villaların görüntülərinin mətbuata yol tapması ölkə gündəminin bir nömrəli hadisəsinə çevrilib. Qiyməti bir neçə milyon dollarla ölçülən həmin mülklərin yayılan görüntüləri cəmiyyətdə şok effekti yaradıb. Hazırda insanları ən çox düşündürən sual bu villaların hansı vəsaitlə tikilməsidir. Çünki Azərbaycanda analoqu olmayan həmin mülklər külli miqdarda korrupsiya faktından xəbər verir.
 
Diqqətçəkən ən önəmli məqam isə həm “fövqəlnazir”in, həm də “Azərsu” rəhbərinin bu iddiaları sükutla qarşılamasıdır. Maraqlıdır ki, digər məmur həmkarlarından fərqli olaraq, onlar susmağa üstünlük veriblər. Halbuki analoji hadisələr əvvəllər baş verəndə məmurlar ciddi-cəhdlə bu faktları təkzib edir, sözügedən mülklərin onlara aid olmadığını bildirir, üstəlik, mətbuata “peşəkarlıq dərsi” keçirdilər. Bu dəfə isə “quyu”dan səs gəlmədi. Görünür, dibi çox dərindir...
 
Müşahidəçilər oliqarx-məmurların budəfəki sükutunun səbəsiz olmadığı qənaətindədirlər. Rəyini öyrəndiyimiz ekspertlərdən birinin fikrincə, ortada təkzibedilməz faktlar olduğu üçün inkarçılıq mövqeyi tutmağa lüzum yoxdur: “Bunun nəticəsinin daha ağır olacağını həmin şəxslər də başa düşürlər. Buna görə də sakitcə oturub barələrində hansı qərarın veriləcəyini gözləyirlər. Onlar qərarlara təsir etmək imkanlarını çoxdan itiriblər”.
 
Məlumatlı şəxsin sözlərinə görə, sözügedən villaların çəkilişi peşəkar səviyyədə aparılıb, drondan istifadə olunub. Bu isə həmin məmurların toxunulmaz olmadığını göstərir.
 
Mənbə məmurlar arasında kompromat savaşının bundan sonra daha da güclənəcəyini bildirib. Onun sözlərinə görə, gündəmdən düşməyin ən yaxşı yolu taxtaya yeni hədəf çıxarmaqdır...
 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?