azadses.az » Cəmiyyət » Polietilen torbalar üçün dövlət standartı qəbul edildi

Polietilen torbalar üçün dövlət standartı qəbul edildi

Ətraf mühitin zərərli təsirlərdən qorunmasının daha da gücləndirilməsi məqsədilə qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində qalınlığı 15 mikronadək olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub.
 
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
 
Məlumata görə, bu dəyişiklik qida məhsullarının qablaşdırılmasında və sənayedə istifadə edilən torbaların keyfiyyət və təhlükəsizliyini normalaşdıran dövlət standartının qəbulunu şərtləndirir.
 
Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla, qalınlığı 15 mikrondan yuxarı olan polietilen torbalara dair AZS 891:2021 (GOST 12302) “Polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər” dövlət standartı qəbul olunub və Dövlət Fonduna daxil edilib.
 
Yeni standartın tələblərinə görə, torbaların səthində çatlar, kəsiklər, deşiklər olmamalı, daxili səthləri yapışmamalıdır. Torbalar xarici görünüşü, ölçüsü, qalınlığı, tikişinin hermetikliyi, əl tutacağının yükə davamlılığı, gigiyenik parametrləri və.s kimi göstəricilərinə görə standartın tələblərinə uyğun olmalıdır. Eyni zamanda torbalar onlardan istifadə zamanı toksik olmamalı, normal otaq və hava şəraitində insan sağlamlığına zərər vurmamalıdır. Torbaların hər partiyasını onun mənşə ölkəsini, istehsalçısını, adını, tipini, təyinatını, standartın nömrəsini, istehsal tarixini özündə ehtiva edən keyfiyyət sənədi müşayiət etməlidir, yüksək riskli mallar xüsusilə dərmanların, qida məhsullarının, uşaq oyuncaqlarının, parfümeriya və kosmetika məhsullarının qablaşdırılması üçün nəzərdə tutulmuş torbaların sanitariya və epidemioloji baxımından qiymətləndirilməsi aparılmalı və bu barədə məlumatlar keyfiyyət sənədində göstərilməlidir. Qanunvericiliyin tələblərinə görə uyğunluq sertifikatı olmayan torbaların satışı qadağandır.
 
Standartın tələblərinə uyğun daşınma və saxlanma şəraitində polimer plyonkalardan hazırlanmış torbaların saxlanma müddəti 6 ay, kombinə edilmiş materiallardan hazırlanan torbaların saxlanma müddəti isə 12 ay tövsiyə olunur.
 
Bu sahədə fəaliyyət göstərən biznes subyektlərinin nəzərinə çatdırırıq ki, texniki tənzimləmənin şamil olunduğu mallara dair dövlət standartlarının tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinə görə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək cərimə edilir.
 
Dövlət standartının tam mətnini “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin rəsmi internet səhifəsi www.azstand.gov.az vasitəsilə elektron şəkildə əldə etmək olar.(Pravda.az)
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib