azadses.az » Cəmiyyət » Vaksinin qoruyuculuğu nə qədər davam edəcək? - İnfeksionist bütün gerçəkləri açdı

Vaksinin qoruyuculuğu nə qədər davam edəcək? - İnfeksionist bütün gerçəkləri açdı

Onkoloji xəstələrin müalicə aldığı xüsusi dövrdə peyvənd olunmaları tövsiyə olunmur. O cümlədən immun sistemini aşağı salan xüsusi dərmanlar qəbul edən immunsupressiv xəstələrə, orqan transplantasiyası əməliyyatı keçirən və immun sistemi aşağı olan insanlara vaksinin necə təsir edəcəyi barədə yetəri qədər araşdırmalar yoxdur. Odur ki, bu risk qrupunun da vaksinasiyaya cəlb olunması nəzərdə tutulmayıb. Lakin 65 yaşdan yuxarı insanlar hansı xəstəliyin kəskin dönəmində deyilsə, hər biri peyvənd oluna bilər. Bu yaş qrupunun peyvənd olunması xüsusilə vacibdir.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in İşçi Qrupunun üzvü, infeksionist Vüsalə Yaşar deyib. Həkim bildirib ki, kəskin xəstəlikləri olan insanlar müalicədən sonra vaksinasiyaya cəlb olunmalıdır:

“Xroniki xəstəliyi olan insanlar arasında peyvənd qorxusu olsa da, vaksinlə bağlı araşdırma aparan və bu barədə ətraflı məlumat əldə edən insanların böyük qrupu vaksinasiyada könüllü şəkildə iştirak edir. Ümumiyyətlə, peyvənd qorxusu yeni hal deyil. İllərlə valideynlər övladlarını vaksinasiyadan yayındırmağa çalışırdı. Unutmaq lazım deyil ki, vaksinlər bizi ölümcül xəstəliklərdən və ya xəstəliklərin ağırlaşmasından qoruyur. Əslində, vaksin dünyanın əsas elmi nailiyyətlərindən biridir. Çiçək xəstəliyinin kökü məhz vaksinasiya sayəsində kəsilib. Odur ki, bəzi xəstəliklərə qalib gəlməyin yolu vaksindən keçir. Əlimizdə olan vaksin isə inaktiv vaksindir, bədənimizə hər hansı virus deyil, qarşılaşa biləcəyimiz virusun zəiflədilmiş modelini yeridirlər. İmmunitet bu modelə qarşı müdafiə mexanizmi hazırlaya bildiyi üçün virusa yoluxanda bədən müqaviməti hazır vəziyyətdə olur.

Peyvənd olunan insanlar özünü qorumağa, maska taxmağa, sosial məsafəni qorumağa davam etməlidir. 100 faizli qoruyucu peyvənd yoxdur. Vaksinasiyanın qoruyuculuğu 60-90% arasında dəyişir. Onun əsas mahiyyəti ondan ibarətdir ki, xəstəliyi daha yüngül keçirməyə kömək etsin. Burada orqanizmin ona verdiyi cavab önəmlidir. Bu, elə bir xəstəlikdir ki, hansı antitel titrinin nə qədər qoruyucu olduğunu belə hələ bilmirik. Bu antitellərin hansı rəqəmdən sonra qoruyucu olduğunu, bu qoruyuculuğun nə qədər davam edəcəyini dəqiq söyləmək mümkün deyil. Hələ ki, bu barədə araşdırmalar azdır. Ümid edirik ki, vaksinin qoruyuculuğu daha da artacaq. Yalnız əhalinin 70 faizini vaksinasiya etdikdən sonra xəstəliyin yoluxma zəncirini qıra biləcəyik. Ümumilikdə vaksinin qoruyuculuğunun 6 aydan az olacağını düşünmürük. Ən böyük istəyimiz odur ki, vaksinin qoruyuculuğu azı 2 il olsun”.
Maarifləndirmənin əhəmiyyətindən söz açan Vüsalə Yaşar qeyd edib ki, xəstəliyin yaratdığı fəsadlar insanları daha çox narahat etməlidir:
“Tərəzinin bir gözünə peyvəndin təsirlərini, digər gözünə isə xəstəliyin fəsadlarını qoysaq, görərik ki, ikincinin nəticələri daha ağırdır. Baş ağrısı və yüngül qızdırma kimi peyvəndin yaratdığı təsirlər maksimum 48 saat davam edir. Odur ki, vaksin ən doğru seçimdir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib