Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiyaya başlanıldı - FOTO

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.


