DYP valideynlərə müraciət edib - QARLI HAVA İLƏ BAĞLI...
- 22-02-2021, 15:17
- Cəmiyyət

İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Redaktor.az-a açıqlamasında bunları vurğulayıb:
“Belə hava şəraitində xüsusi ilə uşaqlar, hətta böyüklər belə qarın çox yağdığı əraziyə, yollara, səkilərə çıxır. bu, onların həyatı üçün təhlükə mənbəyinə çevrilə bilər. Bu səbəbdən avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş ümumi yollarda azyaşlıların xizək sürməsi, müxtəlif vasitələrdən istifadə etməsi, sürüşməsi, qar ilə oynaması yolverilməzdir. Azyaşlı uşaqları böyüklər nəzarətdə saxlamalıdır, onların yolun hərəkət hissəsinə çıxmasının qarşısı alınmalıdır. Piyadalar yolu keçərkən diqqətli olmalı, onlar üçün nəzərdə tutulmuş yoldan istifadə etməlidirlər.
V.Əsədov vurğulayıb ki, sürücü və piyadalar hava şəraitindən asılı olmayaraq, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə ciddi əməl etməlidirlər.