azadses.az » Cəmiyyət » Psixoloqdan dəhşətli FAKTLAR: İntihara aparan oyunlar, seriallar, sosial şəbəkələr...

Psixoloqdan dəhşətli FAKTLAR: İntihara aparan oyunlar, seriallar, sosial şəbəkələr...

Son günlər intihar hadisələri, intihara cəhdlər barədə tez-tez eşidirik. Təəssüf ki, bu yola daha çox yetkinlik yaşında olan şəxslər üz tutur. Beynəlxalq Qadınlar Günündə 15 yaşlı bir qızın intihar etməsi çox dəhşətlidir. 
Abşeronda daha bir 15 yaşlı qız özünü yaşadığı binanın üçüncü mərtəbəsindən ataraq intihara cəhd edib. Həkimlər onu həyata qaytara bilsələr də, vəziyyəti ağırdır.
Ötən gün isə Qaradağ rayonu, Lökbatan qəsəbəsində 11-ci sinif şagirdləri olan 2004-cü il təvəllüdlü iki qız özlərini doqquzmərtəbəli binanın damından ataraq intihar ediblər.
İntihar hallarının artıb-azalması həmişə ictimaiyyətin diqqətində olub. Xüsusən, uşaqlar və yeniyetmələr arasında intiharların artmasına cəmiyyətdə münasibət isə hər zaman həssas olub.
Axı yeniyetmələri, gəncləri intihara sürükləyən amillər nədir? Sosial şəbəkələr? İnternet oyunları? Psixoloji vəziyyətlərinə ciddi təsir edən seriallar?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən psixoloq Aytən Ələkbərova deyir ki, yetkinlik yaşında olan insanlarla müəllimlər, valideynlər, özlərindən böyük şəxslər, hətta qonşular belə səbrlə davranmalı, onları başa düşməyə çalışmalıdır:
“Onlar başa düşməlidir ki, bu yaş dövrdə yeniyetmələr özlərinə qarşı olan münasibətin bir qədər dəyişməsini gözləyirlər. Burada söhbət onların özlərinin uşaq olmadığını sübut etmək cəhdi gedir. Bu kimi dövrlərdə uşaqların psixoloqla həmsöhbət olması tövsiyə olunur. Bəzən müəllimlər, valideynlər, hətta bəzi həkimlər “neynirsən o qədər pul verirsən psixoloqa?!” deyib keçirlər.
Məktəbdə müəllimlər dərs deyən zaman isə heç düşünmürlər ki, uşağın şəxsiyyətini alçaldaraq onu nə vaxtsa intihara doğru sövq edə bilər. Təbii ki, burada mən müəllim və həkimləri hədəf almıram, lakin bu məqamlar da olur. Psixoloqlar insana nə qədər güclü olduğunu, öz ayaqları üstündə dura biləcəyini xatırlamasına kömək edir.
Analarımız bilsəydi ki, biz gəzəndə yıxılıb yaralanacağıq, hər zaman bizi uşaq arabasında özləri gəzdirməyi seçərdilər. Amma həyat belə deyil. Valideyn, xüsusilə də analar övladını yıxıla-yıxıla belə yeriməyə məcbur edib, ona güc verib, dayaq olan varlıqlardır. Kiçik yaşlardan bu dəstək olur. Amma müəyyən yaşdan sonra bu dəstək, dayaq bir anda itməyə başlayır. Qızlara “sən böyümüsən, şortik geyinmə, ora getmə, bunu etmə, siqaret çəkənlərin yanında durma” və s. kimi mahiyyəti açıqlanmadan deyilən “yox” sözləri uşaqlarda travma yaradır.
Onlar öz-özlüyündə “mən artıq uşaq deyiləm, mənə sözü hansı şəkildə deməli olduğunuzu artıq öyrənməlisiniz” kimi fikirlər yaradır. Bu zaman valideynləri sanki düşmən mövqeyində görən uşaqlara bunun belə olmadığını psixoloq izah edə bilər. Çünki, bu cür dinlənilməyən uşaqlar, təəssüf ki, sonda intihar yolunu seçirlər”.
Psixoloq deyir ki, 10-11 yaşlı uşaqların gecə səhərə qədər internet oyunu oynamasına yol vermək olmaz:
“Bu zaman yuxu pozulması zamanı insan orqanizmində metobolin turşusunun miqdarı yuxarı qalxır. Bu zamanda insanda psixi pozuntular, aqresiya yaranır. Onsuzda yetkinlik dövründə orqanizmdə bu dəyişiklik gedir, üzərinə bir də əlavə təsirlər gəldikdə yuxu rejimində 2 saat fərq yaranır. Gec yatan uşaqlar səhər məktəbə getmək üçün erkən durur və beyin özünü toparlaya bilmir. Bu təkcə internet oyunlarından getmir, buraya digər informasiya yönümlü sosial şəbəkələr də aiddir. Yaşlarına uyğun olmayan, uydurma sevgi hekayələri üzərindən çəkilən filmlər, seriallar da onların psixologiyasına mənfi təsir edir. Nəticədə yaranan əlavə informativ stres gərginliyə səbəb olur. Bu gün informativ streslər intiharların əsas səbəblərindəndir”.
“Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir. Belə bir ifadə var: “Sakit uşaqdı, öz otağında səssiz oturub”. Bu, çox yanlışdır. Övlada veriləcək qayğı, diqqət, onunla söhbətdən keçir. Sosial problemlər səbəbindən valideynlər işləyir, yorğun olur. Hər şey başa düşülür, amma uşaqları diqqətdənkənar qoysaq, nəticəsi belə acınacaqlı sonluğa aparır. Onlarla danışın, suallarını dinləyin, onlara cavab tapmaqlarına kömək edin. Uşaq özünü pis hiss etdiyini deyirsə, valideyn onun fikrini qatacaq bir şey etməlidir. Birlikdə hava almağa çıxa, qısa söhbət edə bilərlər və s. Bu zaman uşaq özünə qarşı diqqət və qayğı hiss edəcək, cəmiyyət üçün gərəkli olduğunu düşünəcək. Əks hallarda isə faciələrin qarşısını almaq günbəgün çətinləşə bilər”, - deyə psxiloq qeyd edib.
Könül Cəfərli
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib