Bakıda yolu keçən 32 yaşlı kişini avtomobil vurub
“Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Fərəcov Azər Oktay oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol dizin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.