Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik – Alternativ cəzalar olacaq
- 13-04-2020, 15:09
- Cəmiyyət

Azadsəs-in məlumatına görə, layihədə 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur. Həmçinin 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır.Üç cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərtilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur.
30 cinayətə görə sanksiyalara azadlıqdan məhrumetməyə alternativ cəzalar - cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.