İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 84 nəfər tutulub
- 24-05-2021, 15:46
- Cəmiyyət

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 92 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğu üçün ümumilikdə 34 nəfər, o cümlədən borclu qismində olan axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 55, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.