azadses.az » Cəmiyyət » Vətən müharibəsində Naftalanda 5 nəfərin həlak olduğu ailənin üzvü yeni evin tikilməsini istəyir-FOTO+VİDEO

Vətən müharibəsində Naftalanda 5 nəfərin həlak olduğu ailənin üzvü yeni evin tikilməsini istəyir-FOTO+VİDEO

Ötən buraxlışlarımızın birində Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində Naftalanda bir ailənin bütün üzvlərinin tamamilə həlak olduğu haqda məlumat vermişdik. Söhbət Qurbanovlar ailəsindən gedir.
Yenidən “Hürriyyət”in redaksiyasına müraciət edən Naftalan rayonunun Qaşaltı kəndinin sakini Bəxtiyar Qurbanovun ailə üzvlərinin 5 nəfəri Ermənistanın apardığı müharibə cinayətinin qurbanı olub. Belə ki, Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.
Bəxtiyar Qurbanov şəhid olan ailə üzvlərinin həlak olduğu evin indiyə qədər təmir edilmədiyini vurğulayır. Şikayətçinin sözlərinə görə, dəfələrlə Naftalan şəhər icra başçısına və onun müavininə müraciət etsə də, şikayətinə əhəmiyyət verilməyib:
“2020-ci ilin sentyabr ayında Ermənistan ordusunun atdığı mərmi evimizə düşüb. Nəticədə atam, anam, qardaşımın yoldaşı, oğlu və digər qardaşımın qızı şəhid olublar. Qardaşlarımın ikisi Rusiyada yaşayır. Bir qardaşım hərbçidir, travma aldığına görə Hərbi Hospitalın Psixoterapiya şöbəsində müalicə alır. Sağalmağı sual altındadır.
Evimiz də çox acınacaqlı vəziyyətdədir. Dağılmış evin təmirinə icazə vermədim. Mən yeni evlə təmin edilməyimi istəyirəm. Çünki dağılmış evdən hələ də qan qoxusu çəkilmir. Səkkiz aydır ki, əzizlərimin qanını iyləyirəm. Bundan da cənab Prezidentin xəbəri yoxdur. İstəyirlər ki, dağılmış evi yüngülcə malalayıb, izi itirsinlər. Bununla da işi bitirmək istəyirlər”.
Naftalan İcra Hakimiyyəti tərəfindən müxtəlif vədlər verildiyini deyən şikayətçi səkkiz aydır ki, kirayədə qaldığını deyir: “Hər dəfə müxtəlif vədlərlə rastlaşıram. Dağılmış ev yenisiylə təmir edilir, nə də xəstəxanada olan qardaşımla maraqlanmırlar. Xəstəxanada olan qardaşımın həyat yoldaşı və oğlu şəhid olublar. Özü də hazırda psixiatriya xəstəxanasında müalicə alır. Qardaşım hərbçidir, müharibə vaxtı artilleriya qoşunlarında xidmət edib.
Bəxtiyar Qurbanov ölkə başçısına müraciət edib:
"Bu ev bizim ata yurdumuzdur. Ailədə 11 nəfər olmuşuq. Vətən müharibəsi zamanı gördüyünüz bu evdən ailəmizin 5 üzüvü şəhid olub. Eyni zamanda, ev düşmənin atdığı mərmi nəticəsində zərbə alıb. Evin yenidən bərpa edilməsi mümkün deyil. Lakin, Naftalan rayon icra hakimiyyətindən evin yenidən bərpa edilməsi təklif edilir. Dəfələrlə müraciət etmişik. Onlara bildirmişəm ki, bu evdə əzizlərimin qan qoxusu gəlir. Bu evdə yaşaya bilmərəm. Evin yenidən bərpa edilməsi lazım deyil. Bizə yenidən ev tikilsin. Bu ev çökmək üzrədirsə, yenidən necə bərpa edilə bilər?...Aylardır ki, kirayədə yaşamaq məcburiyyətindəyik. Artıq, kirayə haqqını ödəməyə pulumuz yoxdur. Ölkə başçısından xahiş edirəm ki, səsimizə səs versin. Bizim həyətdə yenidən evin tikilməsinə göstəriş verilsin".
44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkənin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Baş Nazirin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Şikayətçinin dediklərindən aydın olur ki, Naftalan rayon icra hakimiyyəti 5 ailə üzvünün həlak olduğu evin yeni evlə əvəz olunmasını istəmir, ya da ki, ümumiyyətlə bu məsələ onlar üçün maraqlı deyil. Görünür ki, Naftalan rayon icra hakimiyyətində oturan məsul şəxslər üçün ölkə başçısının sərəncamı önəmli deyil. Lakin, yenə də ümid edirik ki, Qurbanovlar ailəsinin evi yenisiylə bərpa olunacaq.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib