azadses.az » Cəmiyyət » Almaniyada işə düzəlmək istədi, pulundan oldu - Açıqlama

Almaniyada işə düzəlmək istədi, pulundan oldu - Açıqlama

Sumqayıt şəhər sakini Rasim Abıyev “Go Europe” şirkətinin rəhbəri İbrahimov Orxan Rafael oğlu tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

R. Abıyev “Qafqazinfo”ya müraciətində bildirib ki, o, bu ilin fevralın 28-də Polşa vizasıyla Almaniyada işə düzəlmək üçün sözügedən şəxsə 510 manat pul verib: “Prosesin mayın əvvəlinə kimi başa çatacağını deyirdi. Ancaq aprelin 14-də məlum oldu ki, o, ölkədən çıxıb və Polşaya gedib. Vatsap üzərindən yazdıqlarımızı da oxuyub cavab vermir.

Sonra məlum oldu ki, 30-a yaxın şəxs də onun tərəfindən dələduzluğa məruz qalıb. Bununla bağlı Yasamal rayon 27-ci Polis Bölməsinə müraciət etdik. Bir neçə gün əvvəl iş Prokurorluğun icraatına verilib. İstəyirik ki, Orxan İbrahimov haqqında tez zamanda cinayət işi açılsın və o, ölkəyə deport olunub zərərçəkmişlərə vurduğu ziyanı ödəsin”.

“Qafqazinfo” olaraq O. İbrahimovla əlaqə saxladıq. O saytımıza bildirdi ki, Polşada, Almaniyada işə düzətməklə bağlı Ukraynada yerləşən şirkətlərlə 2017-ci ildən əməkdaşlıq edib: “Onlarla yazışmalarım, ödənişlərini atdığım şəxslərin hamısının siyahısı var. Mən müştərilərdən ödənişi alıb xaricdəki şirkətə çatdırırdım. Bundan sonra xaricdəki şirkət sənəd göndərirdi. Həmin sənədin əsasında şəxs viza alır və getdikdən sonra orada işlə təmin olunur. 2020- ci ilin əvvəlinə qədər işlər yaxşı gedirdi. Pandemiyadan sonra müştərilərin viza müraciətinə "yox" cavabı almağa başladım. Mən də şəxsin adına müqavilədə müştərinin pulunun batmamasıyla bağlı bənd əlavə etmişəm. Burada əlbəttə ki, mənim də xeyrim var.

10 nəfərə rədd cavabı verildi, mən həmin şəxslərin ödədiyi pulu qaytardım. Daha sonra Ukraynada yerləşən daha bir şirkətdən təklif aldım. Dedi ki, müştəriləri Polşada işə düzəldə bilərlər. Köhnə şirkətlə yalnız müştərilərin verdiyi pulu geri qaytarmaq məsələsi qalmışdı”.

O. İbrahimov vurğulayıb ki, hazırda ondan şikayət edən 18 müştəri var: “50 nəfərdən 20-sinin ödənişlərini qaytarmışam. Qalanlarını ödəyib çatdıra bilmədim. Polşaya gəldim ki, işləyim və onların da pulunu geri qaytarım. Ümumilikdə 20 minə yaxın borcum qalıb. Mənim ailəm, övladım Bakıdadır, heç yerə qaçmamışam. Narazı olan şəxslərə qrupda yazdım ki, işlərini həll edəcəyəm, səbrli olsunlar. Onlar mənə inanmadılar. Bildirdilər ki, guya ölkədən qaçmışam. Səbrli olsaydılar, çıxış yolunu tapacaqdım.

Şirkət mənə təklif edir ki, yenidən müştərilərə iş icazəsi çıxaraq. Mən bunu müştərilərə bildirəndə onlar imtina etdilər. Onlara yazanda nalayiq ifadələrdən istifadə edirlər. Ona görə də cavab vermirəm. Şirkətə demişəm ki, bütün müraciətləri rədd edin, müştərilərin pulunu geri qaytarın ki, şəxslər yenidən yox cavabı alıb üstümə gəlməsinlər. Yaxın bir ay ərzində şikayət edənlərin pulunu geri qaytaracağam”.

Günel Türksoy
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib