azadses.az » Cəmiyyət » Qazinin həyat yoldaşı Vəkillər Kollegiyasının sədrini müsahibəsindəki fikirlərinə görə məhkəməyə verdi

Qazinin həyat yoldaşı Vəkillər Kollegiyasının sədrini müsahibəsindəki fikirlərinə görə məhkəməyə verdi

“Hürriyyət”in ötən saylarında “Hüquq Bürosu” MMC-nin rəhbəri, hüquqi xidmət üzrə sahibkarlıq fəaliyyətiylə məşğul olan, Qarabağ müharibəsi əlilinin həyat yoldaşı Alıyeva Arzu İdayət qızının Vəkillər Kollegiyasından şikayətini dərc etmişdik. Arzu xanım hesab edir ki, ona qarşı qərəzli münasibət səbəbindən Vəkillər Kollegiyasına üzv ola bilmir.
Şifahi test imtahalarından 90 bal topladığını deyən Arzu Alıyevanın sözlərinə görə, 30 ilə yaxındır hüquqşünas kimi fəaliyyət göstərir. O, Qarabağ müharibəsi əlilinin həyat yoldaşı kimi, pozulmuş hüquqlarının bərpa edilməsi üçün Prezident İlham Əliyevə də müraciət edib.
Məsələylə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Hürriyyət”in əməkdaşının suallarını belə cavablandırmışdı: “Mənim adımı bu məsələdə hallandırmayın. İmtahan qəbul edən şəxs deyiləm. Mənim o xanıma qarşı nə qərəzim ola bilər?! Yüzlərlə adam imtahan verir. Kəsilən də ola bilər. Arzu Alıyeva kollegiyadan xaric edilən zaman sədr mən deyildim. Onu heç tanımamışam. Arzu Alıyevaya qarşı heç bir qərəz göstərilməyib. Hər bir şəxs, eləcə də Arzu Alıyeva məhkəmə qaydasında müraciət edə bilər. Amma kiməsə qarşı şər-böhtan atmaq düzgün yol deyil. Hüquqşünas hüquqi vasitələrdən istifadə etməlidir, şər-böhtan vasitələrinə əl atmamalıdır”.
Yenidən redaksiyamıza müraciət edən Arzu Alıyeva Vəkillər Kollegiyasının sədri Anar Bağırovun "Hürriyyət"ə verdiyi müsahibəsində onunla bağlı ifadəsinə görə, eyni zamanda şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələyən məlumata dair təkzib vermə və üzr istəmə öhdəliyinin qoyulmasıyla bağlı Nərimanov rayon məhkəməsinə müraciət edib:
"Mən ixtisasaca hüquqşünasam, bu sahədə təxminən 30 illik hüquqşünaslıq təcrübəsinə malikəm. “Hüquq burosu” MMC-nin təsisçisi və direktoruyam. “Azərbaycanda Qadın sahibkarlığının İnkişafı Assosiasiyası”nın, həmçinin “Azərbaycan Sahibkarlar Konfederasiyası”nın üzvüyəm. Hazırda hüquqi xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğulam.
Mən, 2009-cu ildə qanunsuz olaraq Vəkillər Kollegiyasından kənarlaşdırılmış və bundan sonra məhkəmələrdə nümayəndə kimi fəaliyyət göstərərək insanların hüquqlarını müdafiə etmişəm. Məlum olduğu kimi 2017-ci ildə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə dəyişiklik edildi və nümayəndəlik fəaliyyəti məhdudlaşdırıldı. Mən nümayəndə kimi fəaliyyət göstərən digər hüquqşünaslar kimi məhkəmə proseslərində iştirak edə bilmədim və sahibkar kimi fəaliyyətim demək olar ki, məhv olmaq dərəcəsinə çatdı. Mən məcbir olub Vəkillər Kollegiyasına qəbul olunmaq üçün sənədlərimi təqdim etdim. Şifahi test imtahanında 100 mümkün baldan 90 bal toplamağıma bağxmayaraq, eləcə də şifahi musahibədə bütün suallara cavab verməyimə baxmayaraq, xtisas komissiyasının üzvləri yazdılar ki, guya mən suallara cavab verə bilməmişəm. 30 illik məhkəmə təcrübəsi olan bir şəxsin “qətnamə nədir” sualına cavab verə bilməməsi ümumiyyətlə ağlasığan bir məsələ deyil, xüsusilə mənim timsalımda. Mən uzun illərdir ki, vəkilliyə və hakimliyə namizədləri test imtahanlarına hazırlayıram, həmin namizədlər test imtahanlarından yüksək bal toplayırlar və mən bununla qürur duyuram. Belə olan halda mənim “Məhkəmə qətnaməsi nədir sualına” cavab verə bilməməyim barədə verilən rəy mənə qarşı açıq-aşkar qərəzli münasibətin təzahürüdür.
Mən bu barədə “Hüriyyət qəzetində” məqalə dərc etdirmişdim. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov mənim bu məqaləm barədə Hüriyyət qəzetinin jurnalistinə müsahibə verərək məni şər-böhtançı adlandırmış, şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə gətirən bu məlumatı yayamış, məni mənəvi iztirablara məruz qoymuşdur. Daha dəqiq desəm, cavabdeh A.Bağırov məni əsassız olaraq cinayət törətməkdə ittiham etmiş və bu məlumat “Hürriyyət” qəzetinin 24-26 aprel 2021-ci il tarixli buraxılışında dərc edilmişdir. Həmin məlumatı olduğu kimi iddia ərizəsiə əlavə edirəm:
“Arzu Alıyevaya qarşı heç bir qərəz göstərilməyib. Hər bir şəxs, eləcə də Arzu Alıyeva məhkəmə qaydasında müraciət edə bilər. Amma kiməsə qarşı şər-böhtan atmaq düzgün yol deyil. Hüquqşünas hüquqi vasitələrdən istifadə etməlidir, şər-böhtan vasitələrinə əl atmamalıdır”
Azərbaycan Resbuplikası Cinayət Məcəlləsinin 147-ci maddəsi “Böhtan” adlanır və həmin maddədə deyilir ki, yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayış etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət əməli hesab edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin tələbinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun oldığınu sübuta yetirməsin.
Həmin Məcəllənin 23.2-ci maddəsində deyilir ki, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
Cavabdeh Bağırov Anar Ramiz oğlu məni şər-böhtan atmaqda təqsirləndirməklə mənim şərəf və ləyaqətimə, eləcə də işgüzar nüfuzuma ləkə gətirmişdir. O tək şərəf və ləyaqətə ləkə gətirən sözlər işlətməmiş, eyni zamanda məni cinayət törətməkdə ittiham etmişdir. Ona görə də cavabdeh A.Bağırov həqiqətə uyğun olmayan bu məlumatlar barədə təkzib verməli və üzr istəməlidir".
Qeyd edək ki, məhkəmə iyulun 13-də Nərimanov rayon məhkəməsində keçiriləcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?