azadses.az » Cəmiyyət » Nakauta düşən 47 %

Nakauta düşən 47 %


Hələ çətin 90-cı illərdə yeganə təsəllimiz idmançılarımız idi. Cüdoçular, güləşçilər, boksçular, atıcılar və digər idman növlərində olan təmsilçilərimiz yenicə müstəqillik qazanmış, dünyanın bixəbər olduğu bir ölkəni layiqincə təmsil edir, müharibədən məğlub ayrılmış, iqtisadi və siyasi çətinliklər məngənəsində sıxılan bir xalqın üzünü güldürməyi bacarırdı. İllər ötdükcə nəinki biz özümüz, hətta bütün dünya Azərbaycanı idman ölkəsi kimi qəbul etməyə başladı. Kollektiv idman növlərində uğursuz olsaqda, fərdi yarışlarda, əsasən də əlbəyaxa döyüş növlərində kifayət qədər ürəkaçan nailiyyətlər əldə etməyi bacarırdıq. Genetik kodlarımıza həkk olunan türk dəliqanlılığı, qafqaz əzmkarlığı, müsəlman ruhu idman arenalarında uğurlarımızı şərtləndirən amillərdən idi. Elə yarışlar olurdu ki, ABŞ, Rusiya, Fransa, Yaponiya, Çin kimi idman sahəsində kifayət qədər inkişafa nail olmuş ölkələrin idmançıları belə Azərbaycan təmsilçiləri ilə qarşılaşmalarda çətinlik çəkirdilər. Sidney olimpiadasından başlanan uğurlarımız Afina, Pekin, London, Rio de Janeyro şəhərlərində də uğurla davam etdi. Davam etdi və deyəsən, bitdi. Ən azı bu illik bitdi. Bu il isə 2021-ci ildi. Viruslu, xəstəlikli, böhranlı və ümidsiz 2021-ci il. 1 il kecikən Tokio Yay Olimpia oyunları və 3 rəngli bayrağı Gündoğar ölkənin idman arenalarında dalğalandırmalı olan 44 idmançı. Yəqin ki, bu 44 idmançı məskunlaşdıqları Olimpia kəndində digər ölkələrin də bayraqları ilə tez-tez qarşılaşırlar. Bir qədər diqqətli olsalar, görərlər ki, dünya ölkələrinin əksəriyyətində bayraqlar 3 rənglidir. Bizdəki kimi. Bəs bizim 3 rəngli bayraqla, digər 3 rəngli bayraqların fərqi nədir? Bunu idmançılarımız bilirmi? Maksim Şemberov, İvan Tixonov, Zelim Kotsoyev, Uşangi Kokauri, Lorenso Sotomayor, Edi Reski Dviçayo Alfonso Dominges “üçrəngli bayrağınla məsud yaşa” deyərkən qanları cuşa gəlirmi? Ümumiyyətlə, bu insanlar həmin sözləri deyə bilirmi? Bəlkə də bu adları oxuyarkən mənim səhv yazdığımı, internet saytlarından hansısa xarici ölkənin idmançılarının adını bu yazıya “copy paste” etdiyimi düşünəcəksiz. Amma elə deyil. Bu əndrəbadi ad və soyada malik olan Azərbaycan idmançılarıdı. Hələ hamısı deyil. 44 idmançının 21 milliləşdirilmişlərdir. Hələ dağıstanlıları saymamışam. 21 idmançı olimpia yığmamızın 47 faizini (!) təşkil edir. Və bizim nazlı qəmzəli bayrağımız bunlara etibar edilib. Hər gün olimpia gündəliyinə baxarkən “filan idmançımız da mübarizəni dayandırdı” başlıqlı yazılar təəccüb doğurmur. Nə Sotomayoru, nə Kokaurini, nə Baştanı, nə də digərlərini qınamıram. Kişilər (xanımlar) pul qazanır. Pul yoxe, pullar. Pullar yoxe, milyonlar. Nə bilim bəlkə də milyardlar. Biz isə Bakıda oturub Tokiodan gələn xəbərlərdən xəstəlik tapırıq. Bu elə xəstəlikdir ki, çarəsi nə maskadadır, nə də qapanmada. Sadəcə qısa qapanma verən beyinlərin idmanımızı idarə etməsi xəstəliklərimizin əsas mənbəyidir. Yuxarıda 90-cı illərdə olan vəziyyəti təsadüfən yazmadım. Əgər o zaman uğur qazana bilirdiksə, bu gün biz olimpiada yarışlarında ilk onluğa iddia etməliydik. Ən azı məmmədlər, əhmədlər, namiqlər, fəridlər, elnurlar bizi təmsil etməli idi. Daha 47 faizi dünyanın 47 ölkəsindən 47 dağ aşıb, 47 çay keçib, 47 milyon xərcləyib “idmançı” gətirməzdik. Niyə idmançı yetişdirmək bacarığımız tükəndi? Bəlkə biznes obyektinə çevrilən olimpia mərkəzlərinə görə, bəlkə saatı 60 manata olan idman arenalarına görə? Görəsən, qoyun, inək otara-otara məşq edən idmançılarımızın qazandığı nəticəni lyüks idman zallarında məşq keçən idmançılar niyə əldə edə bilmir? Mən də bilmirəm, siz də. Amma bilənlər var. O, bilənlər bir də onu bilir ki, bu gün ölkədə gənclik narkomaniyanın zərbəsindən hələ də nakaut vəziyyətindədi. Hakimin sayı getdikcə artır. Amma bu gənclik ayılmır ki ayılmır. Elə idmanımızı idarə edənlər də.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qobustanda iki maşın toqquşub, xəsarət alan var
  2. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  3. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  4. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  5. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  6. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  7. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  8. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  9. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  10. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib