azadses.az » Cəmiyyət » Rasim Quliyev:“Hacıbala Abutalıbov baş nazirin müavini olsa da, hər gün Bakı Şəhər İcra Hakimiyyətinə gəlirdi”

Rasim Quliyev:“Hacıbala Abutalıbov baş nazirin müavini olsa da, hər gün Bakı Şəhər İcra Hakimiyyətinə gəlirdi”

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

R. Quliyev ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını bildirib, heç bir vəzifə səlahiyyətlərini aşmadığını, irəli sürülən ittihamların hüquqi əsasının olmadığını deyib:

“Vəzifə səlahiyyətlərimdən nə öz xeyrimə, nə üçüncü şəxsin xeyrinə istifadə etmişəm. İttihamda qeyd olunan həmin binanın sürüklənməsi ilə bağlı sənədi Bakı Şəhər Baş Memarlıq İdarəsi hazırlayıb. O idarə ki, o vaxt icraya gələn şikayətlərin əksəriyyəti oradan idi. Mən Bakı Şəhər İcra Hakimiyyəti başçısının verdiyi səlahiyyətləri müvəqqəti icra etməyə məcbur idim. Mən icraya gələn məktubları müvafiq idarələrə göndərirdim.

İcra başçısının müavini səlahiyyətlərini icra etmək üçün hər hansı ərizə ilə müraciət etməmişəm. Sadəcə olaraq, vəzifə yükü mənə həvalə edilib, mən də iş dayanmasın deyə, həmin vəzifə yükünü götürmüşəm.

308.2-ci maddə ilə ittiham olunmağıma gəlincə, sual verirəm, mənim vəzifə səlahiyyətim olubmu? İcra başçısının müavini kimi mənim əmək müqaviləm olmayıb, müavin əməkhaqqısı almamışam. Keçən iclasda da dediyim ki, Prezident Administrasiyasının sabiq rəhbəri də baş nazirin müavini Hacıbala Abutalıbova məktub göndərib ki, mənim müavin vəzifəsini icra etməyim qanunsuzdur. Hacıbala Abutalıbov isə cavabında ondan üzr istəyib. Buradan da aydın olur ki, mənim səlahiyyətim olmayıb”.

Sabiq aparat rəhbəri ittihamda onun barəsində irəli sürülən 314.2-3-cü maddə ilə də özünü təqsirsiz bildiyini deyib:

“Həmin maddədə göstərilib ki, guya mən hansısa məchul subyektə ziyan vurmuşam. Dəlillər də sübut edir ki, ittihamda qeyd olunan ərazidə işlər 2013-cü ildə başlayıb. 2017-ci ilin aktı var. Həmin aktda yazılır ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində binanın özülünün qazıntısı zamanı tarixi abidəyə ziyan dəyib. Bildirim ki, həmin ərazidə eyni statuslu iki tarixi mədəniyyət abidəsi olub. 141 saylı abidəyə zərər deyibsə bu, məndən əvvəl olub. Bəs, 145 saylı abidəni niyə yazmırlar? Həmin abidə yoxa çıxıb. Bu barədə danışan yoxdur. Həmin ərazidə tikinti aparılması üçün verdiyim sərəncam 4 ay sonra ləğv olunub. Mən sərəncamı imzalayana qədər orada iki mərtəbə altdan, iki mərtəbə üstdən tikilmişdi”.

R. Quliyev ifadəsində ittihama salınan maddələri onu həbs etmək üçün hazırladıqları deyib:

“Belə çıxır ki, məni tutmaq lazım imiş. Bir daha deyirəm, mənim özümə ziyan dəyib”.

Təqsirləndirilən şəxs ifadəsində sabiq icra başçısı Hacıbala Abutalıbov barəsində də danışıb. R. Quliyev bildirib ki, H. Abutalıbov baş nazirin müavini olsa da, gündəlik icra hakimiyyətinə gəlirdi:

“Yüksək rütbəli şəxs öz vəzifəsindən aşağı bir quruma gəlirsə, kabinetdə olursa, bu nə deməkdir? O deməkdir ki, mənim səlahiyyətlərim olmayıb. Mən ehtimal edirəm ki, H. Abutalıbov həmin dövrdə də hansısa formada icra başçısı səlahiyyətlərini icra edib”.

Proses sentyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mənbə: APA
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?