Gəncədə elektrik stansiyasının işçisini cərəyan vuraraq öldürüb

Oxu.Az xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
Sözügedən ünvanda elektrik stansiyasında elektrik işləyən 1966-cı il təvəllüdlü İsmayılov İlyas Abış oğlunu cərəyan vurub.
O, hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, mərhumu 10 k/v-luq elektik cərəyanı vurub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
İlhamə Əbülfət