azadses.az » Cəmiyyət » Bu payız o payızdan olmadı: COVID-19-u mövsumi xəstələliklərdən necə fərqləndirək? - ARAŞDIRMA

Bu payız o payızdan olmadı: COVID-19-u mövsumi xəstələliklərdən necə fərqləndirək? - ARAŞDIRMA

2020-ci ildən koronovirusla mübarizə apardığımız üçün mövsümi xəstəlikləri, demək olar ki, unutmuşduq. Xüsusilə, tibbi maska, sosial məsafə və dezinfeksiyaedici məhsullardan istifadə koronovirusla mübarizə ilə yanaşı, ötən payız mövsümi xəstəlikləri arxa plana atdı. Lakin bu payız o payızdan olmadı. “Soyuqdəymə”, “qrip” yenidən özünü xatırlatdı. Eyni simptomlardan şikayət edən insanlar koronavirus testinin neqativ olduğunu, lakin xəstəlikdən əziyyət çəkdiklərini deyirlər. Tənəffüs yollarında yaranan narahatlıqlar – öskürək, boğaz ağrısı və oxşar problemlərlə üzləşəndə ilk ağla gələn koronavirus infeksiyasına yoluxma ehtimalıdır. Bəs mövsümi xəstəliklərlə koronovirusu necə fərqləndirə bilərik?

Daha ətraflı “Kaspi” qəzetinin araşdırmasını təqdim edirik.

İnfeksionist İlahə Vəliyeva deyir ki, qriplə koronovirusun əlamətləri fərqlidir. Həkimin sözlərinə görə, qrip, əsasən, alın nahiyəsi və göz almalarının ağrıması, burun tutulması ilə müşahidə olunur:

“Qrip yüksək temperatur, baş ağrısı, halsızlıq, əzələ ağrısı verən virus infeksiyasıdır. Qısa bir inkubasiya dövründən sonra titrətmə ilə kəskin başlayır, daha sonra temperatur yüksəlir, baş ağrısı, halsızlıq, iştahasızlıq ilə özünü göstərir. Ağrı daha çox alın, gicgah nahiyəsində, qaşların üstündə, göz almalarında və bəzən beldə müşahidə olunur. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru sonra selikli öskürək, səsin qalınlaşması, gözlərdə konyuktivaların qızarması, müayinə zamanı yumşaq damaqda və udlaqda səpgilər müşahidə olunur. Öskürək hətta hərarət endikdən sonra da davam edir. Xəstələrin üzü qırmızı və nəmli olur, burnu və dodaqları uçuqlayır. Bəzən boyun nahiyəsində limfa düyünləri böyüyür”.

Həkimin sözlərinə görə, koronovirusda prosesə birbaşa aşağı tənəffüs yolları cəlb olunur:

“Xəstədə qızdırma, təngnəfəslik, halsızlıq olur. Qripin ağırlaşmış halları da koronovirusdan fərqlənir. Yuxarı tənəffüs orqanlarının ağırlaşması, qulaqda ağrılar, udqunma zamanı boğazda ağrı, sinusit, faringit, bronxit, astma, soyuqdəymə, sətəlcəm olur və bu kimi əlamətlər qripi koronovirusdan fərqləndirir. Yuxarı tənəffüs yollarının iltihab və allergiyası olanlar COVID-19-a yoluxma zamanı qripəbənzər əlamətlərlə üzləşə bilərlər. Qripəbənzər əlamətlər, məsələn, quru öskürək, boğaz ağrısı, ishal, temperatur yüksəlməsi olduqda, COVID-dən şübhələnmək olar. Lakin halsızlıq, yorğunluq, təngnəfəslik və temperatur yoxdursa, saturasiya 95-dən yuxarıdırsa, narahatlıq keçirməyə əsas yoxdur”.

Həkim vurğuladı ki, insanlar özləri bunu ayırd etməyi bacarmaya bilərlər:

“Qızdırma, öskürək, əzələ ağrısı həm koronavirus, həm də qrip zamanı müşahidə oluna bilər: əgər xəstələnmisinizsə və diaqnozu dəqiq bilmirsinizsə, mütləq həkimə müraciət edin. Hər iki xəstəlik təhlükəlidir və hər hansı əlamət hiss etdikdə evdə qalın, COVID-19 testi verin. Testin cavabı çıxmayana qədər evdə qalın ki, xəstəliyi başqalarına keçirməyəsiniz”.

Rusiyanın viral infeksiyaların qarşısının alınması və müalicəsi üzrə Elmi Məlumat Mərkəzinin direktoru Georgi Vikulov koronavirus və qripin simptomları haqqında məlumat verib. Mütəxəssisin sözlərinə görə, koronavirus, nəfəs darlığı, sinə tutulması, 37,5 və daha yüksək hərarət, yüngül boğaz ağrısı, quru öskürək ilə xarakterizə olunur. Əgər pnevmoniya yaranırsa, ağciyərin bir hissəsi ventilyasiyanı dayandıra bilər. Bundan əlavə, xəstədə qoxu və dad hissi itir.

Həkim vurğulayıb ki, qripin təzahürü koronavirus simptomlarından bir qədər fərqlidir:

“Qrip temperaturun kəskin yüksəlməsi, traxeit, quru öskürək ilə xarakterizə olunur. Burun axıntısı, şiddətli zəiflik, yorğunluq da müşahidə edilə bilər. Həmçinin xəstəliyin qrip, yoxsa koronovirus olmasını gözlər də bəlli edir. Qrip zamanı gözlər işığa reaksiya verir, dodaqlarda herpes olur”.

Dünyada aparılan statistikalara əsasən, 2020-ci ildə mövsümi qrip epidemiyası olmayıb. Fransa, İspaniya və ABŞ-da qrip ikinci plana keçib. Bütün dünyada hava ilə yayılan müxtəlif viral xəstəliklərin hamısı, demək olar ki, yoxa çıxıb.

2020-ci ilin sonunda ABŞ Milli İmmunlaşdırma və Tənəffüs Xəstəlikləri Mərkəzinin tədqiqatçıları qripə yoluxma hallarının görünməmiş dərəcədə azaldığını elan ediblər. Onların fikrincə, amerikalılarda bu mövsümi infeksiyaya 98 faizdən az diaqnoz qoyulub. Mütəxəssislər bunun koronavirusla mübarizənin nəticəsi olduğunu düşünürlər. Alimlər sosial məsafənin, özünütəcridin, tibbi maskaların, əllərin və binaların dezinfeksiya edilməsinin mövsümi qripə qarşı koronavirusdan daha təsirli olduğunu sübut ediblər.

İngilis epidemioloqları isə bir xəstənin qrip virusuna, sonra isə SARS-CoV-2-yə yoluxmasının xəstəliyin ağırlaşmasına, beyin toxumasının iltihabına səbəb olacağını iddia edirlər. Amma zaman göstərdi ki, bu cür ikiqat infeksiyaya nadir hallarda rast gəlinir, yəni ya koronavirus əksər tənəffüs viruslarını boğur, ya da onlar koronavirusu məhv edir. Bundan əlavə, qripin və bir çox kəskin respirator virus infeksiyasının törədiciləri insanın immun sisteminə yaxşı məlumdur. İnsanların çoxu, demək olar ki, doğuşdan onlarla tanış olur. SARS-CoV-2 immuniteti isə yeni vaksin olunmuş və sağalmış insanlarda yenicə formalaşmağa başlayıb. Bu, onun əsas üstünlüyüdür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının iki rayonunda qaz olmayacaq
  2. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  3. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  4. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
  5. Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
  6. Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  7. DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm
  8. Xaçmazda 8 otaqlı evdə yanğın olub
  9. Goranboy sakini qidadan zəhərlənib, vəziyyəti ağırdır
  10. Ağcabədidə yol qəzasında ağır xəsarət alan şəxs Bakıya gətirilib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çinin Elmlər Akademiyasının Hefey Fizika Elmləri İnstitutunun alimləri yüksək anizotrop istilik keçiriciliyinə və müstəsna Ətraflı
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar