Şirvanda köşkdən oğurluq edilib
Şirvan Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq edərək vətəndaşlara maddi ziyan vuran şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə oktyabrın 2-də şəhər ərazində yerləşən köşklərin birinə qanunsuz daxil olan və oradan 1 ədəd elektrikli samovar, müxtəlif növ siqaret, içki və ərzaq məmulatları oğurlayan şəhər sakini, 58 yaşlı Taleh Sətdarov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı oğurluq yolu ilə əldə etdiyi samovar və digər məmulatların bir hissəsi, eləcə də narkotik vasitə olan heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirləri nəticəsində oktyabr ayının 30-da Kür çayının Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində quraşdırılmış su nasosunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Xəyal İsmayılov və Röyal Qasımov da saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edərək, su nasosunu dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktlarla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar aparılır.