azadses.az » Cəmiyyət » “Expressbank” III rübü 8,13 milyon xalis mənfəətlə başa vurdu

“Expressbank” III rübü 8,13 milyon xalis mənfəətlə başa vurdu

“Expressbank” ASC 2021-ci ilin III rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Bank uğurlu maliyyə nəticələri göstərərək üçüncü rübü 8,13 milyon manat xalis mənfəət ilə başa vurub. Bu da, keçən ilin müvafiq dövrü ilə müqayisədə 9 % artım deməkdir.

İllərdir müştərilərinə göstərdiyi yüksək və peşəkar xidmətlə onların etibarını qazanan Bank üçüncü rübdə həm əmanət, həm də kredit portfelini artırıb.

Belə ki, Bankın depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 17 % artaraq 138,3 milyon manat, kredit portfeli isə 15 % artaraq 242,1 milyon manat təşkil edib. Eyni zamanda, Bankın aktivləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 % artaraq 328,8 milyon manat təşkil edib.

“Expressbank” ASC qeyd edilən dövr ərzində faiz və qeyri-faiz gəlirlərini də artırmağa müvəffəq olub. İyul-sentyabr ayları üzrə keçən ilin analoji dövrü ilə müqayisədə faiz gəlirləri 2,7 % artaraq 30,77 milyon manat, qeyri-faiz gəlirləri 4,7 % artaraq 10,08 milyon manat təşkil edib. Bankın faiz xərcləri isə 12 % azalaraq 5,28 milyon təşkil edib. Ümumilikdə, Bank üçüncü rübü 25,49 milyon manat xalis faiz gəliri ilə başa vurub.

“Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativlərdən dəfələrlə artıq nəticə göstərməklə bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edib. Belə ki, müvafiq dövrün sonuna Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 39,6 %, məcmu kapital adekvatlıq əmsalı 43,39 %, leverec əmsalı isə 33,96 % təşkil edib. Bankın məcmu kapitalı isə 126,21 milyon manat təşkil edib.

Qeyd etmək istərdik ki, iqtisadi mühit, müştəri portfelinin dinamikası və keyfiyyəti, artım perspektivləri, şəffaflıq, gəlirlilik, və s. kimi vacib göstəricilər əsasında bankları qiymətləndirən Beynəlxalq Reytinq Agentliyi “Fitch Ratings” “Expressbank” ASC-nin biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə yüksək qiymət verərək Bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.

Şəffaf maliyyə tərəfdaşlığı və müştərilərinin ehtiyaclarını əsas götürərək daim yeni kampaniyalara və layihələrə imza atan “Expressbank” ASC, hər zaman müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir.

Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı Bankın rəsmi saytına https://www.expressbank.az/ daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək

Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq

Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar

Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi

Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib

Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir

Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı

İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"

Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?

ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib