azadses.az » Cəmiyyət » Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib - FOTO

Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib - FOTO

Oktyabrın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycanda reklam bazarı: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçirilib.

KOBİA-dan Oxu.Az-a verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının və reklam şirkətlərinin, biznes assosiasiyalarının nümayəndələri iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun Azərbaycanda reklam bazarı sahəsində mövcud vəziyyətin və çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin dövlət-özəl dialoqu vasitəsilə reklam bazarı iştirakçılarının çətinliklərinin öyrənilməsi və birgə həll yollarının tapılması üçün səmərəli platforma olacağını vurğulayıb, reklam sahəsində ictimai iştirakçılığın genişləndirilməsinə, sahibkarların müvafiq sahə ilə bağlı məlumatlığının artırılmasına dair təkliflər səsləndirib. Qeyd olunub ki, reklam fəaliyyəti sahəsində birliklər, şuralar, assosiasiyalar və digər qeyri-hökumət təşkilatları yaradıla bilər. Sahibkarların reklam ödənişləri, qayda və prosedurlar barədə məlumatlılığını artırmaq üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün KOBİA-nın regionlarda fəaliyyət göstərən KOB dostu ofislərində və KOB inkişaf mərkəzlərində ADRA ilə birgə seminar və görüşlər keçirilə bilər.

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədri Aydın İbadov rəhbərlik etdiyi qurumun fəaliyyəti, ötən 4 il ərzində ölkənin reklam ekosisteminin inkişafı üçün görülən işlər və qarşıda duran hədəflərdən danışıb. Vurğulanıb ki, Agentliyin fəaliyyətinin əsasında müvafiq sahənin inkişafı ilə yanaşı, sahibkar məmnuniyyəti, şəffaflıq və məsuliyyət prinsipləri dayanır. Açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirmək üçün onlayn icazələr sistemi, vahid məlumat bazası, 360 dərəcə panoramik virtual xəritəçilik sistemi və digər innovativ həllər tətbiq olunmaqdadır. Reklam sahəsində müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması gələcəkdə də davam etdiriləcəkdir.

Forumda sahibkarlıq fəaliyyətində reklam vasitələrindən istifadə, sağlam və innovativ reklam mühitinin inkişafı və bu sahədə həyata keçirilən tədbirlər, reklam bazarı iştirakçılarının qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib