azadses.az » Cəmiyyət » Rövşən Məmmədov: “Azərbaycan Türk Şurasının mediaforumunda təkliflər irəli sürüb”

Rövşən Məmmədov: “Azərbaycan Türk Şurasının mediaforumunda təkliflər irəli sürüb”

“Qürurverici hadisədir ki, Türk Şurasının mediaforumunun əsas mövzularından biri məhz Qarabağ mövzusu, Azərbaycanın Qarabağda əldə etdiyi zəfər və ortaya qoyduğu reallıqlar oldu. Sevindirici haldır, çünki bu gün türk dövlətlərinin və xalqlarının bir araya gəlməsində Qarabağ zəfəri müstəsna rol oynayır”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin İstanbul şəhərində keçirilən Türk Şurasının mediaforumunda iştirak edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov bildirib.

R.Məmmədov qeyd edib ki, xarici ölkələrin nümayəndələri azərbaycanlılara yaxınlaşaraq Qarabağ zəfəri ilə bağlı suallar ünvanlayıbla: "Bu, Azərbaycan xalqının yalnız türk dünyasında deyil, qlobal müstəvidə tanıtımıdır. Həmçinin Azərbaycan dövlətinin, xalqımızın əldə etdiyi uğurun bütün türk dövlətləri arasında paylaşılmasıdır".

Onun sözlərinə görə, Azərbaycanın Qarabağdaki möhtəşəm qələbəsini bütün türk dünyası öz qələbəsi hesab edir: "Bu mənada düşünürəm ki, bütün türk birliyinin, türk dövlətləri arasındaki ittifaqın əsas tezisi, ana xətti məhz budur - Azərbaycanın Qarabağ zəfəri və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin istər hərb meydanında, informasiya cəbhəsində, istərsə də diplomatiyada yürütdüyü siyasətin və əldə etdiyi qələbənin real nəticələrini öyrənmək istəyirlər. Bu uğur düsturunu öyrənmək istəyirlər".

R.Məmmədov əlavə edib ki, Azərbaycanın bu ideoloji xəttin başında getməsi sevindirici haldır. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən Türk Şurasının mediaforumunda panel çıxışçılarından olan R.Məmmədov Azərbaycan tərəfinin müəyyən təkliflər irəli sürdüyünü də vurğulayıb: "Təbii ki, belə forumların əhəmiyyəti həm də onunla ölçülür ki, iştirak edən tərəflər, dövlət müəyyən təkliflər verirlər. Azərbaycan tərəfi olaraq bizim də verdiyimiz əsas təkliflərdən biri, türkdilli ölkələrin və xalqların ortaq media platformunun yaradılmasıdır. Bunun qlobal müstəvidə istər Avropa, Asiya, istərsə də Afrika miqyasında bir sıra nümunələri var. Beləliklə, Azərbaycanın və digər bütün türkdilli dövlətlərin birgə, ortaq media platformasının, agentliyinin yaradılması və beynəlxalq səviyyədə digər media qurumları ilə hərtərəfli əməkdaşlıq etməsi mühüm faktordur".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib