Feysbukun səhmləri bahalaşdı
Feysbukun qurucusu Mark Zukerberq şirkətin adının “Meta” olaraq dəyişdiyini elan etdikdən sonra səhmləri bahalaşıb.
“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, şirkətin səhmləri 1,21% bahalaşaraq 318 dollardan 321,81 dollara yüksəlib. Dekabrın 1-dən etibarən şirkətin səhmləri MVRS tikeri ilə alqı-satqıya başlayacaq.
Qeyd edək ki, “Meta” adı altında Feysbuk, İnstaqram, Votsap kimi şirkətlər birləşəcək. Şirkət metakainat yaratmaq üçün Avropa İttifaqı ölkələrindən 10 minə qədər şəxsi işə götürəcək.