azadses.az » Cəmiyyət » Dohada Azərbaycan-Qətər dostluq abidəsinin açılışı oldu - Fotolar

Dohada Azərbaycan-Qətər dostluq abidəsinin açılışı oldu - Fotolar

Dekabrın 5-də Qətərin paytaxtı Doha şəhərində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm etdirən “Qardaşlıq” abidəsinin açılış mərasimi keçirilib.

Bu barədə "Azadsəs.az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Qətərin ən böyük və ən çoxölçülü mədəniyyət layihəsi hesab olunan “Katara” Mədəniyyət Şəhərciyinin çoxsaylı ziyarətçi qəbul edən guşəsində yerləşdirilmiş abidə Azərbaycanın Qətərdəki Səfirliyinin təşəbbüsü ilə azərbaycanlı heykəltəraş Novruz Musayev tərəfindən hazırlanıb.
Açılış mərasimində Qətərdə səfərdə olan Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Əl-Suleyti, Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, həmçinin Qətərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri, Qətərdəki Azərbaycan icmasının üzvləri və media nümayəndələri qatılıblar.

Səfir Rəşad İsmayılov və nazirinin birinci müavini Elnur Əliyev tədbirdə çıxış ediblər və ardınca abidənin rəsmi açılışı baş tutub.

Bürüncdən hazırlanmış sənət əsəri bir tərəfində müasir Bakının göz oxşayan memarlıq incilərindən biri olan “Heydər Əliyev Mərkəzi”, digər tərəfində isə “Katara” Mədəniyyət Şəhərində yerləşən “Amfiteatr”ın işləndiyi ağac formasındadır. Sənət əsərinin gövdəsinə həkk olunmuş aypara ornamenti Azərbaycan və Qətərin eyni kökə - İslam mədəniyyətinə mənsub olduğuna işarə edir. Heykəlin üzərindəki sferik obyekt iki ölkənin əsas təbii ehtiyatları olan neft və qazı simvollaşdırır.

Açılış mərasimindən öncə Elnur Əliyev “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Əl-Suleyti ilə görüşüb. Görüşdə mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişaf istiqamətləri müzakirə olunub. Sonda Elnur Əliyev baş direktora "Leyli və Məcnun" portretini hədiyyə edib.

Qeyd edək ki, “Katara” Mədəniyyət Şəhərciyi Qətərin özündə teatr və konsert zalları, sərgi mərkəzləri, musiqi akademiyası, incəsənət mərkəzləri, ticarət və ictimai iaşə obyektləri, eləcə də istirahət yerlərini əhatə edən ən məşhur turizm məkanlarından biri hesab olunur.

Daha öncə Azərbaycanın Qətərdəki Səfirliyinin təşəbbüsü ilə, 2021-ci ilin sentyabr ayında mədəni irsin təşviqi, birgə elmi-mədəni tədqiqatların, sərgi-ekspozisiyaların, simpoziumların, təbliğat-təşviqat tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da Azərbaycan Respublikası və Qətər Dövləti arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Katara” Mədəniyyət Şəhərciyi Fondu arasında anlaşma memorandumu imzalanıb.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  2. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
  3. Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
  4. Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  5. DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm
  6. Xaçmazda 8 otaqlı evdə yanğın olub
  7. Goranboy sakini qidadan zəhərlənib, vəziyyəti ağırdır
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan şəxs Bakıya gətirilib
  9. Sabah Bakıda 22 dərəcə isti olacaq
  10. Bakıda iki gündə itkin düşən 16 nəfər tapılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çinin Elmlər Akademiyasının Hefey Fizika Elmləri İnstitutunun alimləri yüksək anizotrop istilik keçiriciliyinə və müstəsna Ətraflı
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar