azadses.az » Cəmiyyət » “Azəriqaz”dan dünəndən müzakirə olunan müraciəti ilə bağlı - Açıqlama

“Azəriqaz”dan dünəndən müzakirə olunan müraciəti ilə bağlı - Açıqlama

“Azəriqaz” İstehsalat Birliyi ötən gün uzun müddət evdə olmayan abonentlərə müraciət edib.

“Azadsəs.az”ın xəbərinə görə, qurumun Hüquq Departamentinin rəisi Vüqar Eyvazov bildirib ki, Azərbaycanda bir aydan çox evdə olmayacaq abunəçi quruma bu barədə məlumat verməlidir.

Sözügedən açıqlama sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəzi abonentlər buna tənqidi yanaşıb və kommunal sektorda rəqəmsallaşma, innovasiyaların yetərincə inkişaf etmədiyinin göstəricisi kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı “Azəriqaz” İB-lə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəisi Eldəniz Vəliyev bildirdi ki, bu, məcburi xarakter daşımır və vətəndaşların təhlükəsizliyini nəzərə alaraq belə tövsiyə edilib:

“Bu tövsiyədir ki, əgər vətəndaş 1-2 ay evində olmayacaqsa, müvafiq qaz idarəsinə və ya “ASAN Komunal”a müraciət edir və öz mavi yanacağını müvəqqəti bağlatdırır. Sabah külək olar, qaz xəttinin üstünə ağac aşa bilər, sızma hadisəsi baş verə bilər və ya vətəndaş geri qayıdıb işığı yandıranda partlayış ola bilər. Bu, adi təhlükəsizlik qaydasıdır. Bəzən də vətəndaşlar narazılıq edirlər ki, 2-3 ay mənzildə yaşamayıblar və onlara müəyyən qədər qaz pulu gəlib. Halbuki evin içində sızma ola bilir və bu da abonentin sərfiyyatına yazılır. Biz də bunları nəzərə alıb tövsiyə edirik ki, bir neçə ay evdə olmayacaq abonent müraciət edib qazı bağlada bilər. Bu, təhlükəsizlik məqsədi daşıyır və biz heç bir geriyə addım atmırıq. Həm də bu, mütləq edilməlidir deyə bir şey yoxdur. Bir qrup adam var ki, sosial şəbəkədə bizim fəaliyyətimizi, gördüyümüz işləri gözdən salmaq, qarayaxma ilə məşğuldur”.

E. Vəliyev, həmçinin əlavə edib ki, abonent fikrini dəyişib bir neçə gündən sonra geri qayıtsa, 10 dəqiqə ərzində zəng vurub yenidən mavi yanacağı bərpa edə bilər. Burada nə böyük zaman itkisi, nə də pul itkisi var.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib