azadses.az » Cəmiyyət » Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişləndiriləcək

Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişləndiriləcək

Prezident İlham Əliyevin tapşırığı əsasında icra edilən ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri müxtəlif qurumlarla birgə layihələr əsasında 2022-ci ildə də genişlənəcək.

"Azadsəs.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin fəaliyyətinə dair iclasda qeyd edilib.

Ödənişli ictimai işlər proqramının işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında xüsusi əhəmiyyəti diqqətə çatdırılıb. Proqramın yeni məşğulluq sahələri üzrə şaxələndirilməsi istiqamətində son illər bir sıra qurumlarla əməkdaşlıqda önəmli işlər aparılıb.

İclasda qeyd edilib ki, 56 min iş yerini özündə əhatə edən ödənişli ictimai işlər proqramı çərçivəsində ötən il Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Müdafiə Nazirliyi, ASAN xidmət, YAŞAT Fondu, Mediasiya şurası və s. qurumlarla birgə layihələr icra olunub. Bu layihələr üzrə həmin qurumlar üçün müxtəlif sayda ictimai iş yerlərinin ayrılması prosesi həyata keçirilib. Son günlərdə 1231 işsiz və işaxtaran şəxs isə 60 rayonu əhatə edən yeni birgə layihə üzrə “Azərpoct” MMC və “Aztelekom” MMC müəsissələrində poçtalyon və operator işlərinə cəlb olunub.

Ümumilikdə, müxtəlif qurumlarla layihələr çərçivəsində əmək müqaviləsi əsasında iş yerlərinə cəlb olunan işsiz və işaxtaran şəxslər eyni zamanda əmək fəaliyyəti dövründə müvafiq sahələr üzrə ilkin peşə və ixtisas bacarıqlarına da yiyələnirlər. Bu da onların gələcək məşğulluq imkanlarını genişləndirmiş olur.

Proqramın icrasına, bu sahədə şəffaflığın təminatına, ödənişli ictimai işçilərin işə davamiyyətinə, onların əməyinin mühafizəsinə nəzarətin həyata keçirilməsi istiqamətində görülən işlər də iclasda müzakirə olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib