“Omicron”la bağlı nazirlikdən əhaliyə daha bir çağırış

“Azadsəs.az” xəbər verir ki, çağırışda deyilir:
“Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:
- Maska taxın;
- Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin;
- Fiziki məsafə saxlayın;
- İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun;
- Vaksin olunun.
Virusa yoluxduğunuz halda:
- Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;
- Təcrid olduğunuz yeri tez-tez havalandırın;
- Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;
- Bol maye qəbul edin;
- Yataq rejiminə riayət edin;
- Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;
- 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin;
- Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun;
- Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin;
- Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.
Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır.
Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq”.