Biləsuvarda 4 nəfəri bıçaqlayan şəxsin məhkəməsi başlayır
Biləsuvarda 4 nəfəri bıçaqlamaqda təqsirləndirilən Qoşqar Orucovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
"Report" xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aqil Musayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında rayonun Amankənd kəndində baş verib. Belə ki, kənddə yerləşən çay evində sakinlər - İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovla Qoşqar Orucov arasında mübahisə yaranıb. İ.Abbasov, T.Yəhyalı, S.Yəhyayev və Ə.Şahmarovun sözlərinə görə, onlar evə gedərkən Q.Orucov həmin şəxslərə hücum edərək bıçaq xəsarəti yetirib.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə cinayət işi başlanıb. Q.Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.