azadses.az » Cəmiyyət » “Ağır cinayətlərin verilişlərdə açılmasını polkovnik kimi özümə təhqir hesab edirəm”

“Ağır cinayətlərin verilişlərdə açılmasını polkovnik kimi özümə təhqir hesab edirəm”

Təxminən 10 gün öncə “ARB” telekanalında yayımlanan “Səni axtarıram” verilişində Əfsanə Cəfərova efirdə qayınanası Faxrəndə İbrahimovanı itələyərək ölümünə səbəb olduğunu etiraf etmişdi. Qətlin iki il öncə baş verməsinə baxmayaraq, üstünün indi açılması ölkə gündəmini alt-üst etdi. Bundan sonra aparılan araşdırmalarla məlum oldu ki, hadisəni o yox, sevgilisi olduğu iddia edilən, ərinin əmisi oğlu Seymur Cəfərov törədib.

Bu hadisənin müzakirə olunduğu vaxtda digər bir cinayətin üstü də efirdə açıldı. ATV-nin “Bizimləsən” proqramında öldürülərək quyuya atılan 4 yaşlı Məryəmin atası Taleh Allahyarov canlı efirdə açıqlama verərkən polis əməkdaşları tərəfindən saxlanıldı.

Belə ki, Məryəmin anası efirə zəng edərək bildirib ki, T.Allahyarov mərhum Məryəmin boğazına ip keçirərək foto və videolarını çəkib və ondan ayrılan arvadına göndərərək azyaşlını öldürəcəyini bildirib. Məryəmin anası həmin görüntüləri telekanala təqdim edib.

Müzakirələr zamanı vətəndaşlar bu sualları verirdilər ki, bəs, övladı öldürülən ana niyə Polis Şöbəsinə dəvət olunmamışdı? Həmin görüntüləri nə üçün istintaq ortaya çıxarmayıb? Niyə bu məsələnin də üstü efirdə açıldı?

Hər iki hadisənin həqiqətən necə baş verməsinin məhz efirdə üzə çıxması sosial şəbəkələrdə daha çox tənqidlə qarşılandı. Sadə faktların dövlət qurumları tərəfindən deyil, jurnalistlər tərəfindən asanlıqla tapılması narazılıqlara səbəb oldu.

Bu müzakirələr və suallarla bağlı sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev də fikirlərini bölüşüb.

M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iki il öncə olan hadisənin bu gün üzə çıxması onu göstərir ki, ibtidai istintaq prosesi tam və hərtərəfli, obyektiv aparılmayıb: “Müasir imkanlarla nəinki iki il, hətta 100 il əvvəlki cinayətləri də araşdırıb tapmaq mümkündür. Baş verən hadisələrin istintaqda yox, efirdə açılmasının səbəbi odur ki, aparılan işlərə səhlənkar, qeyri-peşəkar yanaşılıb. İşin üstünü ya bilərəkdən, ya da bilməyərəkdən ört-basdır ediblər. İstintaq aparanların hamısı peşəkar deyil axı. Hazırda hüquq-mühafizə orqanlarında qeyri-peşəkarlar həddindən artıq çoxdur. Bu nəticə müstəntiqin səriştəsizliyi, əməliyyatçının laqeydliyi, istintaqa rəhbərlik edən və sonda ittiham aktını, ya da cinayət işinin başlanılmasını rədd edən qərarı təsdiqləyən prokurorun səhlənkarlığıdır.



Ağır cinayətlərin Zaurun və Xoşqədəmin verilişində açılmasını şəxsən mən 71 yaşlı polkovnik, keçmiş əməliyyat-istintaqçı kimi özümə təhqir hesab edirəm. Müstəntiqlər işi aça bilmirlər, açmırlar. Harada maddi maraq olan işlər var, onun arxasıyca qaçırlar. Necə olur ki, bu şəxslər istintaqa cinayəti etiraf etmirlər, amma efirdə etiraf edirlər? Yaxud niyə qətlin üstünü müstəntiq yox, Zaur, ya da Xoşqədəm açır? Onda elə Xoşqədəmi aparıb Baş İstintaq idarəsinə rəis qoymaq lazımdır. Verilişlərdə hər hansı bir qətl hadisəsi açılırsa, cinayət tərkibli məsələlərlə məşğul olan hüquq-mühafizə orqanları hörmətdən düşürlər. Eyn vaxtda daha öncə üstü açılan və ittiham verilən digər işlərdə çıxarılan qərarlar da şübhə altına düşür.

Baxırsan istintaqçıdır, amma işi araşdıra bilmir. İllərlə dərsə getməyib, amma məktəbi qırmızı diplomla bitirirlər. Hansısa məclisdə qarşılaşırsan, baxırsan ki, iki uzunqulağın arpasını bölə bilmir. Onlar peşəkardırsa, nəyə görə bağlanmış, xitam verilmiş cinayətin üstü Xoşqədəmin verlişində açılır? Həmin cinayətləri araşdıran müstəntiqləri məhşər ayağına çəkmək lazımdır, amma heç nə edilməyəcək. Çünki cəzalandırmaq istəyəndə görəcəklər ki, həmin istintaqı aparan müstəntiqin kirvəsi deputatdır, ya da dayısı filankəsdir, o da filan yerdə işləyir.

Başqa istintaqçılar da baxıb düşünəcəklər ki, “ona heç nə edilmədisə, mən də belə edərəm”. Çünki gedib o vəzifəni tutanlar, orqanlarda işləyənlər öz səriştələrinə görə yox, kiminsə “kürəkəni” olduğu üçün ordadılar”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?