azadses.az » Cəmiyyət » Bakıda uşaqlar üçün möhtəşəm “Bahar bayramı” şənliyi keçiriləcək - FOTO

Bakıda uşaqlar üçün möhtəşəm “Bahar bayramı” şənliyi keçiriləcək - FOTO

Azərbaycanda uşaqdan tutmuş böyüyədək hər kəsin çox sevdiyi və səbirsizliklə gözlədiyi Novruz bayramı yaxınlaşır. Belə ki, uşaqlığın ən mehriban və doğma xatirələri məhz bu bayramla bağlıdır.

Baharın gəlişini və təbiətin canlanmasını təcəssüm etdirən bayrama hazırlıq bir neçə həftə əvvəl başlayır. Buraya yalnız ənənəvi şirniyyatların hazırlanması deyil, eləcə də ailə və uşaqlarla birlikdə bayram günlərinin səmərəli keçirilməsi də aiddir.

Bəs siz, Novruz bayramında uşaqlarınızı necə sevindirəcəyiniz və təəccübləndirəcəyiniz barədə düşünürsünüz? Elə isə mütləq “save the date”! Martın 6-da “Fairmont Hotel Flame Towers”də uşaqlar üçün bol sevinc, sonsuz müsbət təəssüratlar, xoş sürprizlər və ləzzətli hədiyyələrlə dolu “Bahar bayramı” adlı möhtəşəm şənlik keçiriləcək.

Uşaqlar üçün bayram şou-proqramında “Cosplay Baku” “canlı” cizgi filmi qəhrəmanları teatrının peşəkar aktyorları “Bahar qızı”, “Tık-tık xanım”, “Ceyran” və digər sevimli personajların obrazında çıxış edəcəklər. Həmçinin xüsusi dəvət olunmuş aktyorlar Novruzun baş qəhrəmanlarını – Kosa və Keçəl obrazlarını canlandıraraq bayrama milli ab-hava və rəngarənglik bəxş edəcəklər.

Əyləncəli, maraqlı və yaddaqalan şou-proqramla yanaşı, bayramın gənc qonaqları üçün maraqlı ustad dərsləri (master-klasslar) keçiriləcək. Ustad dərsləri zamanı onlar bu və ya digər sənəti öyrənə, öz əlləri ilə hazırladıqları yaradıcılıq əsərlərini evə apararaq, onu qohumlarına və ya dostlarına Novruz hədiyyəsi kimi təqdim edə biləcəklər.

Bayramın əsas dadlı atributları, Azərbaycanın milli şirniyyatları olmadan Novruz bayramı olmaz.

Buna görə də, uşaqlar və onlarla birlikdə gələn valideynlər furşet masasında bir-birindən ləzzətli şəkərbura, paxlava, qoğal və başqa şirniyyatları dadmaqla yanaşı, həm də seçimlərin müxtəlifliyindən heyran qalacaqlar.

Şənliyin baş sponsoru “Neftçi” Futbol Məktəbinin dəstəyi ilə uşaqlar arasında qiymətli hədiyyələr və mükafatların oynanılacağı əyləncəli müsabiqələr də keçiriləcək. Tədbirin sonunda hər bir gənc qonağa Novruz bayramı üçün xüsusi şirniyyat hədiyyəsi təqdim olunacaq.

Bayram proqramının müddəti 90 dəqiqə olacaq. Şənlik saat 11:00-da başlayır.

Uşaqlar üçün biletin qiyməti 100 AZN, böyüklər üçün biletin qiyməti 50 AZN təşkil edir.

iTicket saytındakı linkə keçid etməklə “Bahar bayramı” şənliyinə biletləri əldə edə bilərsiniz.

Tədbirlə bağlı sizi maraqlandıran bütün məlumatları aşağıdakı əlaqə nömrəsinə zəng etməklə əldə edə bilərsiniz: +99451-500-72-27

Xüsusilə vurğulamaq istərdik ki, qarşıdan gələn yaz bayramının təşkilatçıları bundan əvvəl “Fairmont Hotel Flame Towers”də uşaqlar üçün “500 Möcüzə” adlı Yeni il tədbirini böyük müvəffəqiyyətlə keçiriblər. Həmin tədbir iştirakçılar və qonaqlar tərəfindən müsbət rezonans doğuraraq, çoxlu müsbət rəy toplayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib