28 yaşında nazir müşaviri oldu

“Azadsəs.az” xəbər verir ki, Rüstəm Həsənov ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub.
Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.
Qeyd edək ki, R.Həsənov 1994-cü ildə anadan olub. Bundan əvvəl ASAN Xidmətdə Rəqəmsal İnnovasiyalar sektorunun müdiri vəzifəsində çalışıb. O, ötən ay bu vəzifəsindən ayrılıb.