azadses.az » Cəmiyyət » Azərbaycanlı tələbə Eynşteynin oxuduğu universitetdə təhsil alacaq

Azərbaycanlı tələbə Eynşteynin oxuduğu universitetdə təhsil alacaq

Azərbaycanlı tələbə dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə olan ETH Zurich (Zürix Federal Texnologiya Universiteti) universitetində təhsil alacaq.

“Azadsəs.az” xəbər verir ki, orta təhsilini Bakıda - Məktəb Lisey Kompleksində alan Əsədli Rüfət Qurbanəli oğlu bu məktəbi 2019-cu ildə fərqlənmə diplomu ilə bitirib. Respublika Fənn Olimpiadalarında da yüksək mərhələlərə kimi aktiv iştirak edib.

Eyni ildə Çexiyanın paytaxtı Praqada yerləşən Çarls universitetinə İqtisadiyyat və Maliyyə ixtisası üzrə qəbul olub. Universitetdəki ilk ilin sonunda orta qiymətlərinə görə 5000 nəfərlik fakültədə ən yaxşı 10%-ə daxil olub. İkinci ilin sonunda isə 5000 nəfərin arasında ilk 1%-də yer alıb.

Rüfət Əsədli bildirib ki, bu illərdə məktəb və universitet dərslərindən əlavə rəsm və rəqslə də məşğul olub. Rəsm sahəsində Belorusiya (Minsk) və Amerikaya (Vaşinqton, Prezident Parkı) rəsm festivallarına və olimpiadalarına dəvət alıb, yer tutub. Daha sonra isə Gənclərin Beynəlxalq İncəsənət Fondu tərəfindən Afrikaya dəvət olunan dünyada 20 ən yaxşı gənc rəssamdan biri olub. Eyni zamanda Lüksemburq, Hollandiya və Belçikaya da dəvət alıb. Rəqs sahəsində isə 10-dan çox bal rəqsləri üzrə ölkədaxili yarışlarda iştirak edib.

R. Əsədli bildirib ki, universitetin ikinci ilində Paşa Sığorta ASC-də 5 ay müddətinə təcrübə proqramı keçib. 5 aylıq müddətin son dövrlərini şirkətin rəsmi əməkdaş kimi başa vurub.

O, növbəti və daha böyük uğuru barəsində aşağıdakıları bildirib: “Universitetin son ilində isə artıq magistr təhsilimi almaq üçün universitetlərin sənəd qəbulu prosesinə mən də başladım. Belə ki, mənim üçün də prioritet olan ETH Zurich (Zürix Federal Texnologiya Universiteti) universitetinə sənəd göndərdim. Bu universitet Nobel mükafatçıları (A. Eynşteyn və s.) yetişdirməklə yanaşı, dünya sıralamasında da 7-ci yerdədir. Artıq bir neçə həftə əvvəl cavablar açıqlandı və mən Statistika və Data Elmləri sahəsində bu universitetə qəbul aldım. Zürixdə keçirəcəyim bu müddətdə uçan aparatların, xüsusilə dronların, süni intellekt tərəfindən neyron şəbəkələrinin köməyi ilə aşkar olunması sahəsinə fokuslanacağam və tezisim də eyni adlı konseptlə bağlı olacaq.”
Rüfət deyir ki, onun əsas məqsədi və arzusu ölkəmizdə də rəğbət görən PUA-lar üzrə ixtisaslaşmaqdır: “Bu idea barədə daha əvvəl də düşünməyimə baxmayaraq, artıq bu sahəni özümə araşdırma mövzusu kimi seçməyimdə Vətən Müharibəsinin də öz rolu olmuşdur. Başda Səlcuq Bayraktarın memarı olduğu məşhur "Bayraktar TB-2" PUA-ları hərb doktrinasında yeni bir səhifə açmışdı və başlıca olaraq bizim şanlı qələbəmizdə misilsiz rol oynamışdı. Lakin, məni ən çox heyrətləndirən texnologiyanın bu həddə çata biləcəyi və bir millətə hansı səviyyədə kömək edə biləcəyi gerçəyi oldu. Məhz buna görə də mən də texnologiyanın, xüsusilə PUA-ların və müdafiə sistemlərinin potensialını daha dərindən araşdırmağı arzulayır və planlayıram. Hətta çox istərdim ki, bu sahəni onun novator bilicisindən öyrənmək üçün yaxın gələcəkdə Səlcuq bəy və onun komandası ilə də əməkdaşlıq edim.”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib