azadses.az » Cəmiyyət » Saatlıda əks-osmos tipli sutəmizləyici qurğu istismara verildi - Fotolar

Saatlıda əks-osmos tipli sutəmizləyici qurğu istismara verildi - Fotolar

Saatlı rayonunun əvvəllər Qarayevkənd adlanan Orta Muğan kəndinin içməli su təchizatı indiyədək modul tipli sutəmizləyici qurğu hesabına təmin olunub.

“Azadsəs.əz” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, 2010-cu ildə quraşdırılmış modul tipli sutəmizləyici qurğuda suvarma kanalının suyu təmizlənərək əhaliyə verilirdi. Qurğu uzun illər istifadə olunub və istismar müddətini başa vurub. Üstəlik, son illər suvarma kanallarında suyun azalması və bəzi hallarda quruması nəticəsində qurğunun istismarı mümkünsüz olub. Bu səbəbdən son illər yay aylarında kənd sakinlərinin içməli su təminatında ciddi problemlər yaranırdı. Həmin dövrdə əhalinin içməli su təminatı uzaq məsafədən maşınlarla daşınan su hesabına ödənilirdi. Bütün bunlar nəzərə alınaraq kənddə yaranan su çatışmazlığının həlli məqsədilə yeni layihənin icrasına başlanılıb.

“Azərsu” ASC-nin daxili imkanları hesabına həyata keçirilən layihə subartezian quyusunun qazılması və buradan çıxarılan codluğu yüksək olan suyun içməli su standartları səviyyəsində təmizlənməsini nəzərdə tutur. Bu məqsədlə ərazidə subartezian quyusu qazılaraq işlək vəziyyətə gətirilib. Quyudan çıxan su 20 kubmetr tutumu olan xam su anbarında toplanır.

Emala ötürülən su ABŞ istehsalı olan əsk-osmos tipli sutəmizləyici qurğuda əvvəlcə qum və kömür süzgəclərindən keçirilir. Emal zamanı su əks-osmos qurğusunun 0,001 mikronluq süzgəclərində bütün asılı maddələr, virus və bakteriyalardan təmizlənir. Təmizlənmiş su 20 kubmetr həcmli təmiz su anbarına toplanır.

Emaldan keçən su şəbəkəyə ötürülməzdən öncə zərərsizləşdirilir. Suyun keyfiyyətinə regional laboratoriyanın səyyar laboratoriyaları tərəfindən mütəmadi nəzarət olunur. Şəbəkəyə ötürülən su ümumi istifadə üçün quraşdırılmış 15 bulaq vasitəsilə sakinlərə çatdırılır. Yeni qurğu Saatlı rayonunun Orta Muğan kəndinin 3 minə yaxın sakinini keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin edir.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib