azadses.az » Cəmiyyət » Şəxsin xəbəri olmadan adına şirkətlər açılması ilə bağlı araşdırma başladı - Yenilənib

Şəxsin xəbəri olmadan adına şirkətlər açılması ilə bağlı araşdırma başladı - Yenilənib

Şabran rayon sakini tanışı tərəfindən aldadılıb. O, tanışına etibarnamə verəndən sonra adına şirkətlər açıldığını iddia edir. Bildirir ki, hazırda onun adına 100 min manatdan çox vergi borcu gəlib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə "Xəzər" TV-nin süjetində bildirilib.

Belə ki, Şabran şəhər Cəlil Məmmədquluzadə küçəsi, ev 4 ünvanında yaşayan Elvin Rəsulov bir yerdə xidmət etdiyi əsgər yoldaşı Allahverən Musayev tərəfindən aldadıldığını iddia edir.

Elvin bildirib ki, kredit almaq üçün Allahverən Musayevdən kömək istəyib. O da fürsətdən istifadə edib, Elvindən etibarnamə alaraq onun adına VÖEN açdırıb.



Sonradan məlum olub ki, təxminən iki il əvvəl Allahverən Musayev, Elvini aldadandan sonra onun adına xaricdən mal gətirib. Bundan sonra Elvinin adına vergi borcları yığılıb. Elvinə 100 min manatdan çox vergi borcu olduğu bildiriləndən sonra o, tanışı Allahverənlə heç cür əlaqə qura bilməyib.

Məsələ ilə bağlı Allahverən Musayevlə danışmaq mümkün olmayıb. Onun telefonlarına zəng çatmayıb.

DİN-nin Regional Qrupun rəhbəri Xəyal Talıbov isə bildirib ki, Elvin Rəsulov bu məsələ ilə bağlı polis şöbəsinə rəsmi müraciət etməyib. Əgər müraciət olunarsa, bundan sonra araşdırmalara başlanacaq.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, E.Rəsulovun tanışı tərəfindən aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması, adından müəyyən idxal əməliyyatlarının həyata keçirilməsi və nəticədə külli miqdarda vergi borclarının yaranması ilə bağlı Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyatı strukturları ilə birgə araşdırma aparılır.

Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  2. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  3. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  4. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  5. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  6. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  7. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  8. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  9. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  10. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Ətraflı
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib