azadses.az » Cəmiyyət » Turistlər Azərbaycana geri qayıdır

Turistlər Azərbaycana geri qayıdır

Pandemiyadan sonra turizm sektorunda canlanma başlayıb. Artıq turistlərə Bakının küçələrində tez-tez rast gəlirik. Mütəxəssis deyir ki, turistlərin haradan gəlməsindən asılı olmayaraq, onlara elə münasibət göstərməliyik ki, bizdən də öyrənsinlər və öz ölkələrinə xoş təəssüratla qayıtsınlar.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Pandemiyanın ən çox ziyan vurduğu sahələrdən biri də turizm sektorudur. Bu dövrdə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlamışdı. Hələ quru sərhədlər açılmasa da, ölkəmizə turist axını yenidən bərpa olunur. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2022-ci ilin yanvar ayında Azərbaycana dünyanın 128 ölkəsindən 74 min turist gəlib.

Qurumun hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından - 438,9 dəfə, Küveytdən - 104,8 dəfə, Hindistandan - 8,9 dəfə, Pakistandan - 8,5 dəfə, İsraildən - 7,1 dəfə, ABŞ-dan - 3 dəfə, Qazaxıstandan - 2,7 dəfə, Rusiyadan - 2,1 dəfə, Ukrayna, İran və Fransanın hər birindən 2 dəfə, Türkiyədən - 1,7 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə artıb. Siyahıdan da görünür ki, ərəb turistlər yenidən ölkəmizə qayıdır. Artıq turizm sektoru üçün çətin günlər arxada qalıb? Turistləri ölkədə saxlamaq üçün nə etməliyik?

Keçən il 50 turist var idisə...

Turizm mütəxəssisi Ceyhun Aşurov "Kaspi”yə açıqlamasında deyir ki, əslində, 2019-cu il ilə müqayisə etdikdə, say çox azdır: "Bu ilin statistikasını 2021-ci ilin yanvarı ilə müqayisə etdikdə, ərəb turistlərinin sayında artım var. Amma bu artım 2019-cu illə müqayisədə çox azdır. Tutaq ki, keçən il 50 turist var idisə, indi 100 turist olub. Bu o qədər də böyük göstərici deyil. Amma sevindiricidir ki, pandemiyadan sonra turist axını bərpa olunur. Karantin qaydalarının yumşaldılması, uçuş xətlərinin bərpa olunması nəticəsində müəyyən canlanma müşahidə edilir”.

2019-cu ilin göstəricilərindən 70 faiz aşağı

Mütəxəssisin sözlərinə görə, quru sərhədlər açılmayana qədər istədiyimiz rəqəmə çata bilmirik: "Əsas strateji siyasətimiz ondan ibarətdir ki, pandemiya göstəricilərinin azalması fonunda ölkəyə daha çox turist gəlsin. 2021-ci ildə əvvəlki illə müqayisədə turizmdə 4 faiz artım olub. Amma bu, çox kiçik rəqəmdir. Çünki 2019-cu ilin göstəricilərindən 70 faizə yaxın aşağıdır. Ərəb və digər turistlərin gəlmə səbəbi mərhələli şəkildə yumşalmanın nəticəsidir. Lakin quru sərhədlər bağlı olduğu üçün böyük artımdan, hələ ki, söhbət getmir”.

"Azərbaycana səyahət etmək təhlükəsizdir”

Ekspert Bakı və regionlarda otellərdə hələ də tam doluluq olmadığını deyir: "2019-cu ildə Azərbaycana 3 milyon 170 min xarici vətəndaş gəlirdisə, hazırkı göstəricilər bundan qat-qat aşağıdır. Bizə nə 2020, nə 2021-ci ildə nəinki 3, heç 1 milyona qədər turist gəlməyib. Bu mənada ciddi doluluqdan söhbət getmir, lakin sənaye buna tam hazırdır. Ölkə və turizm agentliyi olaraq dünyaya mesajımız odur ki, bizdə gigiyenik normalar qorunur, koronavirusla bağlı bütün tədbirlər alınır və həqiqətən də, Azərbaycana səyahət etmək təhlükəsizdir. İnanırıq ki, 2022-ci ildə gələn turistlərin sayı əvvəlki illərdən çox olacaq”.
Turizm diplomatiyadır...

Yəqin ki, ərəb turistlərlə bağlı bəzi insanların neqativ fikirlərini eşidibsiniz. "Ərəblər natəmizdir”, "ərəblər otellərə zərər verir”, "çaydanlarda yemək bişirir” kimi fikirlər sosial şəbəkələrdə tez-tez qeyd edilirdi. Mütəxəssis vurğulayır ki, turizm diplomatiyadır: "İstənilən halda millət olaraq hər hansı ayrı-seçkiliyə qarşıyıq. Peşəkar turizm sənaye nümayəndələri bunu etmir. Turistlərin arasında bəzən standartlardan kənar hallara da rast gəlmək olur. Lakin bunun ümumi millətə aid edilməsi doğru deyil. Bura gələn turistə biz öz mədəniyyətimizi, mətbəximizi, tariximizi göstəririk. Turistlərin haradan gəlməsindən asılı olmayaraq, sənaye nümayəndələri və cəmiyyət olaraq elə münasibət göstərməliyik ki, o insanlar bizdən də öyrənsinlər və öz ölkələrinə xoş təəssüratla getsinlər. Turizmi əbəs yerə diplomatiya adlandırmırlar. Turizm ölkələri və xalqları yaxınlaşdırır, sülhə dəvət edir. Hansısa ölkədən gələn turisti məsxərəyə qoymaq, onların haqqında yanlış fikirlər səsləndirmək istənilən halda doğru deyil. Bizim əsas hədəfimiz ölkəyə daha çox turistin gətirilməsi, düzgün xidmətin aparılması, onların gələcəkdə də turist səfərlərinin məhz Azərbaycana olması, turizm səyahətləri üçün xərcləmələrin edilməsindən ibarətdir. Bu halda həm maddi, həm mənəvi qazanc daha çox əldə olunar”.

Bəs turistləri ölkədə necə saxlayaq?

Turizm üzrə ekspert Rəhman Quliyevdeyir ki, turistlər, əsasən, əlamətdar günlərdə gəlir. Mütəxəssis bu günlərdə olan turist axınının reklam xarakteri daşıdığını vurğulayır: "Dünya təcrübəsində də belədir. Bu günlərdə turistlərin qarşısına elə çıxmalıyıq ki, onların ölkəyə marağını cəlb edək. Məsələn, Novruz bayramından istifadə etməliyik. Ərəb ölkələrindən kütləvi şəkildə Novruz bayramını qeyd etməyə, tamaşa etməyə gəlirlər. Biz bunu daha da genişləndirib, ənənəvi etməliyik. Novruz şənliyini şəhərin mərkəzində keçirməklə kifayətlənməməliyik. Gələn turist həm şəhərdə, həm də bölgələrdə qalır. Yalnız paytaxtda deyil, ölkənin hər bir bölgəsində, otellərin ərazisində də davamlı olaraq bir neçə gün bayram şənlikləri keçirilməlidir. Çünki 1 gün şənlik olub 2-3 gün olmayanda, turist üçün yaddaqalan olmur. Məsələn, Braziliyada günlərlə festival olur. Heç bir turist 1 gündən ötrü getmir. Turist ölkədə nə qədər çox qalsa, o qədər gəlir gətirir. Biz turistə individual yanaşmalıyıq. Turist hər birimizin qonağıdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?