azadses.az » Cəmiyyət » Müstəqil Jurnalist: “Azad media nümayəndəsiyəm” deməyə haqqımız yoxdur

Müstəqil Jurnalist: “Azad media nümayəndəsiyəm” deməyə haqqımız yoxdur

Azərbaycanın beş şəhərində iki günlük qatı karantin rejmi tətbiq edildi. Nazirlər Kabineti yanında Operativ Qərargahın hər zaman olduğu kimi tələsgənliklə verdiyi qərarı cənabi nazir heç bəlkə də oxumadan imzaladı. Oxumadan ona görə deyirəm ki, əgər oxumuş olsaydı özünün imzaladığı qərarın bəzi maddələrinin ölkənin qanunlarına məsələn elə KİV haqqında qanuna zidd olduğunu görə bilərdi. Amma görmədi,ya da görmürmüş kimi etdi.
Biz qəddar deyilik. Ölkədə koronanın siz dediyiniz kimi tüğyan etdiyinə inanırıq. Sizin çıxardığınız qərarlara bəlkə də öz ailə üzvlərinizdən daha intizamlı əməl edirik. Əlcək taxırıq, maskasız çölə çıxmırıq, ara məsafəsi saxlayırıq. Mən hətda oğlumla mart ayından bu yana 265 km ara məsafəsi saxlamışam. Övladlarımıza izah edirik ki, bir neçə ay supu ətlə yeməyəcəksiz, çünki, karantindir.Onlar məni anlayıblar ki, mənim qazanmaq imkanım ancaq kirayəni ödəməyə çatır.
Karantinin ilk günlərindən ta bu günə kimi heç bir qaydanı pozmadan ,insanlarda narazılıq yaranmasın deyə bacardığımız ailələrin ərzaq yardımı ilə təminatına vasitəçilik etmişik,maarifləndirmişik.
Hesab-kitab aparmadan bir gecədə,yaxud da bir saata verilən qərarların fəsadlarının ağırlığı altına çiyinlərimizi verdiyimiz az olmayıb .
Son qərarda əsas maddə isə birbaşa azad medianı əzmək oldu. Azad media???
Bu qərardan sonra Azərbaycanda azad media qaldı? Bu qərar qəbul edildi,azad media nümayəndələri isə susdu. Əslində susmadı. Bizlər yetim olduğumuz üçün şikayət edəcək böyük, ağsaqqal tapmadıq. Dərdimizi kimə deyək? Medianı birləşdirəcək elə bir rəsmi qurum yoxdur. Bir QHT olan Mətbuat Şurasıdır, onun da öz dost saytları var . Azad media nümayəndəsi görəndə vəba,taun,elə koronaya yoluxmuş xəstə görürlərmiş kimi davranırlar. Ən çox vətəndaşla əlaqəsi olan, sosial problemləri, qaziləri, vətəndaşın ahü-fəğanını işıqlandıran bizlər bir balaca cəsarətli yazı yazan kimi MŞ tərəfindən ya reket elan olunuruq,ya da müxalifətçi , atılırıq qara siyahıya.
O qara sıyahısa azad media nümayəndəsinin arzularına, kariyerasına qara xətt çəkir. Hətta bir qara ,ağır qıfıl olub sallanır “Jurnalistlər binası”nda xəyal etdiyi mənzilinin qapısından. Buna görə də hər şeyə susmağa məcbur edilirik. “Azad Media” anlayışımız ancaq iki-üç nəfərin ara-sıra özlərində cəsarət tapanda hansısa quruma yazdığı bəyənatlarda qalıb. Nazirlər Kabinetinin qəbul etdiyi son qərardan sonra isə yəqin tarixdə qalacaq. Bundan sonra azad mediadan danışmayaq. Ayıbdır!
Pərvin ABIŞOVA 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib