azadses.az » Cəmiyyət » “Polislərin qınanılmasını qeyri-obyektiv hesab edirəm”

“Polislərin qınanılmasını qeyri-obyektiv hesab edirəm”

"Son günlər bəzi sosial şəbəkə istifadəçiləri artıq 2 ildən çox davam edən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının tibbi maskadan istifadə etməyən şəxslər barədə inzibati protokollar tərtib etmələrinin əsassız olmasını müzakirə edir, postlar paylaşırlar".

“Azadsəs.az” xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib. O əlavə edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası hələ də aktivdir: "Ona görə də bu qorxunc xəstəliklə mübarizə bu gün də davam edir. O da danılmaz faktdır ki, hazırda COVID-19 virusuna yoluxanların və bu virusdan vəfat edənlərin sayında müşahidə olunan kəskin azalma elə məhz həkimlərin və polis əməkdaşlarının fasiləsiz, əzmkar fəaliyyətlərinin nəticəsində olub.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu sahədəki vəziyyətlə bağlı mütəmadi məlumatlar yayır və aradan qaldırılan, eləcə də qüvvədə olan qadağaları elan edir. Qərara əsasən vətəndaşların qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmələri hələ ki mütləqdir. Operativ Qərargahın qəbul etdiyi bu qərarların icrası, nəzarəti isə polis əməkdaşları tərəfindən təmin edilir".

E. Zahidov qeyd edib ki, polis əməkdaşları tərəfindən Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarların icrası bundan sonra da davam ediləcək: "İki ildən artıq müddətdə nəzarət və profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları heç vaxt əhalinin cərimələnməsində maraqlı olmayıb və hazırda da maraqlı deyillər. Onlar daha çox xəbərdarlıqlara və profilaktikaya üstünlük verirlər. Danılmaz həqiqətdir ki, gün ərzində maskadan istifadə etməyən yüzlərlə insanın çox az qisminə qarşı protokol tərtib edilirsə, qalan böyük əksəriyyətinə şifahi xəbərdarlıq edilməsi ilə kifayətlənilir.

Ona görə də ictimai asyişin, təhlükəsizliyin təmini ilə paralel insanların sağlamlıqlarının qeydinə qalan, onları koronavirus kimi bir bəladan qoruyan polis əməkdaşlarının qınanılmasını ən azından qeyri obyektiv bir yanaşma tərzi hesab edirəm. Mən bir daha vətəndaşlarımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarları anlayışla qarşılamağa, onlara riayət etməyə dəvət edirəm.

O qərarlardan irəli gələn tələb və qadağalar bizim hər birimizin sağlamlığı naminə qəbul edilib. Öz sağlamlıqlarını risqə qoyaraq vətəndaşlarımızı bu qorxunc xəstəlikdən qoruyan polis əməkdaşlarını əsassız olaraq qınamaqdansa, gəlin qaydalara hamılıqla riayət edək.

Yeri gəlmişkən COVID-19 ilə əlaqədar tətbiq edilən bütün qayda və qadağaları anlayışla qarşılayıb onlara riayət edən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  2. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  3. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
  4. Tibetdə güclü zəlzələ olub
  5. Azərbaycan – İran sərhədində növbəti dəfə zəlzələ olub
  6. Naxçıvan DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
  7. Xəzər dənizində zəlzələ qeydə alınıb
  8. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  9. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  10. Bakıda 55 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar