azadses.az » Cəmiyyət » Pensiyaçı ölərsə, təqaüdü ailə üzvləri arasında bölünəcək

Pensiyaçı ölərsə, təqaüdü ailə üzvləri arasında bölünəcək

“Ailə başçısını itirməyə görə, pensiya məbləğlərinin hesablanması qaydalarında yeni təklif olunan dəyişikliklər ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq qeyd etmək istərdik ki, bu istiqamətdə 2 yenilik nəzərdə tutulur”.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov öz feysbuk hesabında yazıb.

Deputat qeyd edib ki, “Əmək Pensiyaları haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik ailə başçısını itirdikdən sonra dünyasını dəyişmiş şəxsın pensiyasının ailə üzvləri arasında bölüşdürülməsini nəzərdə tutur: “Hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Yəni dəyişikliklərdən sonra bu, reallaşacaq.

Məsələn, 400 manatı alan ailə başçısı dünyasını dəyişdikdən sonra onun yoldaşı öz pensiyasını almaqda davam edir. Yəni, o, dünyasını dəyişmiş yoldaşının pensiyasını seçmir. Bu halda dünyasını dəyişmiş şəxsin yoldaşı öz pensiyasını alacaq və digər 400 manat isə ailə üzvləri arasında aylıq bölüşdürüləcək.

Dünyasını dəyişən ailə başçısının pensiya kapitalı da indeksləşdirilərək artırılacaq”.

Vüqar Bayramov vurğulayıb ki, daha çox sualların ünvanlandığı digər dəyişiklik pensiyaçı dünyasını dəyişəndən sonra onun əmək pensiyasının sığorta hissəsi məbləğinin indeksləşdirilməsi ilə bağlıdır: “Yeni layihə qəbul olunandan sonra, dünyasını dəyişən şəxsin pensiya kapitalının indeksasiya olunub artırılması halı mümkün olacaq. Qanunun 18.3-cü maddəsinə ediləcək düzəlişə əsasən, pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.

Məsələn, pensiyaçı dünyasını dəyişən zaman onun əmək pensiyasının sığorta hissəsi 50 min manatdır. Bu halda həmin şəxsin orta pensiya məbləği 347 manatdır (50 min manat/144 ay). Amma onun ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ 7 ildən sonra yaranır. Bu illər ərzində isə indeksasiya faizi 30 il olub. Bu zaman 50 min manat kapitalın üzərinə 15 min manat əlavə olunacaq. Bu halda dünyasını dəyişən vətəndaşımızın əmək pensiyasının sığorta hissəsi 75 min manata çatdırılacaq ki, bu da ailə üzvü və ya üzvlərinin daha çox vəsait almasına imkan verəcək. Bununla da həmin şəxs üçün orta pensiya məbləği 347 manatdan 421 manatadək yüksələcək. Sığorta məbləğinin həcmi böyük olan zaman artımlar daha böyük faizlə ifadə olunacaq”.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin 26 aprel tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib