Azərbaycan banklarında rəqəmsal proseslər üzrə struktur dəyişikliklər gözlənilir
- 11-05-2022, 21:43
- Cəmiyyət

Bu barədə “Report”a “Azərbaycan Banklar Asossiyasiyası” (ABA) İctimai Birliyinin İnformasiya Təhlükəsizliyi Qrupunun rəhbəri İlqar Əliyev bildirib.
Onun sözlərinə görə, yeni qaydaların işə düşməsi ilə əlaqədar olaraq banklarda müvafiq siyasət, prosedurlar və təlimatlar hazırlanır:
“Qaydanın tələblərinə görə, rəqəmsal proseslər üzrə struktur dəyişikliklər həyata keçirilir. Səlahiyyət bölgüsü, nəzarət alətlərinin əldə edilməsi, risk menecmenti və monitorinq sistemlərinin tətbiqi gözlənilir.
Biznes prosesləri buna görə uyğunlaşdırılır. Banklar kibertəhlükəsizlik alətləri tətbiq edirlər ki, Mərkəzi Bankın tələblərinə uyğunlaşsınlar”.
Qeyd edək ki, “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” aprelin 1-dən qüvvəyə minib.