Metronun girişində sərnişinlərin sənədləri niyə yoxlanılır? - AÇIQLAMA

Maska ləğvindən sonra metro polisi tərəfindən sərnişinlərin yoxlanılması daha da artıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev həmin yoxlamaların COVID-19 xəstələrini müəyyən etmək üçün aparılır:
“Metroya daxil olan COVID-19 xəstələrinin müəyyən etmək üçün metronun girişində sərnişinlərin sənədləri yoxlanılır. Lakin, bu heç də kütləvi şəkildə aparılmır”.