azadses.az » Cəmiyyət » Kənddən şəhərə gələrkən qırılan “məhsul zənciri”: Süni bahalaşmanın səbəbi nədir? – RƏY

Kənddən şəhərə gələrkən qırılan “məhsul zənciri”: Süni bahalaşmanın səbəbi nədir? – RƏY

Hər mövsüm məhsul yığımı başlayanda eyni proses təkrarlanır: kəndçi malını sata bilmədiyini deyir, şəhərli də məhsulun baha olduğunu vurğulayır. Yəni kənddə ucuz qiymətə alıcı tapa bilməyən məhsulu şəhərli od qiymətinə alır. Hər dəfə bu problem qabardılır, amma həll olunmur ki, olunmur.

Yaz məhsulunun bazara çıxması ilə problem yenə də aktuallaşıb. Məsələn, sosial şəbəkələrdə region bazarlarından çəkilmiş videolarda göstərilir ki, fermerlər alçanı heç 1 manata da sata bilmirlər. Bazara çıxarılmış tonlarla alça alıcı gözləyir. Bakıda isə alçanın qiyməti od tutub yanır, 2-7 manat arasında dəyişir. Sabah gilas, şaftalı yığımı başlasa, bu məhsullarla bağlı da eyni proses yaşanacaq. Yenə də kəndli məhsulunu sata bilməyəcək, şəhərli də ucuz mal almayacaq. Uduzan isə hər iki tərəf olur, həm kəndli, həm də şəhərli.

Bəs qazanan kimdir? Bu problem mütəmadi olaraq yaşanırsa, həll yolları niyə tapılmır?

Məsələ ilə bağlı “Kaspi” qəzetində maraqlı araşdırma yazısı dərc olunub.

Yaranmış problemi həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə müəyyən tədbirlər həyata keçirilir, addımlar atılır. Buna misal olaraq, paytaxtın müxtəlif ərazilərində keçirilən yarmarkaları göstərmək olar. Əlbəttə ki, burada məqsəd fermerlərə öz məhsullarını birbaşa istehlakçıya çatdırmaq imkanı verməkdir. Amma nəzərə alsaq ki, bu yarmarkalar da daimi deyil, onda fermer məhsulunu müştəriyə dəllalın gözündən yayındıraraq necə çatdırmalıdır? Hər il yaranan bu problemin kökündə nə dayanır? Kənddən şəhərə gələn məhsulun “zənciri” harada qırılır ki, paytaxtın bazar və marketlərində süni qiymət artımları müşahidə edilir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirdi ki, rəqabəti, liberal iqtisadiyyatı zəif olan ölkələrdə kənd təsərrüfatı məhsullarının tarlada olan qiyməti ilə bazarda olan qiyməti arasında 2 dəfədən də artıq fərq olur: “Bəzən 60, 70, hətta 100 faiz fərq müşahidə olunur. Amma inkişaf etmiş ölkələrdə bu fərq 30-40 faiz ətrafında formalaşır. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə tarlada olan qiymətlə marketlər arasındakı fərqin yuxarı olmasının əsas səbəbi ortada olan vasitəçilərin daha çox gəlir götürmək istəyinə mane olan alternativlərin olmamasıdır”.

Ekspert vurğuladı ki, kənd yerlərində bir məhsulun istehsalçısı çoxdur, eyni zamanda marketlər də çoxdur: “Amma o məhsulu tarladan marketə gətirən və topdansatış həyata keçirən mərkəzlər nə qədərdir? Bir-biri ilə rəqabət aparacaq qədər topdansatış mərkəzləri varmı? Yoxdur! Əlbəttə ki, bunun bir cavabı var. Əgər topdansatış mərkəzləri çox olsaydı, onlar bir-biri ilə sağlam rəqabət aparsaydı, kəndlə şəhərdəki qiymət arasında bu qədər fərq olardımı? Olmazdı! Yəni bu faktdır ki, topdansatış yerlərinin azlığı, onların arasında rəqabətin olmaması meyvə və tərəvəzlərin qiymətinə öz təsirini göstərir”.

Ekspertin fikrincə, ikinci bir səbəb market və tarla arasındakı subyektlərin çoxluğudur: “Yəni bir var paralel subyektlər, bir də var, zəncirvari, ardıcıl. Ardıcıl çox olanda, o zaman qiymətlər qalxır. Misal üçün, bir nəfər məhsulu tarladan alır, satır rayon mərkəzinə. Rayon mərkəzindən biri həmin məhsulu gətirib paytaxtdakı topdansatış mərkəzinə verir. Digər bir subyekt isə həmin məhsulu paytaxtdakı topdansatış yerindən götürüb marketlərə verir. Burada göründüyü kimi, ardıcıllıq var. Ardıcıl subyektlər çox olanda, kənddən gələn məhsulun qiyməti qalxır. Paralel subyektlər isə o deməkdir ki, Bakıda 10 ədəd topdansatış mərkəzi var. Onda qiymətlər tarladakından iki dəfə baha olmazdı. Deyərdim ki, əsas səbəb qeyd etdiklərimdir. Məhsullar kənddən şəhərə, marketlərə gələnə qədər 50 adamın əlindən keçir. Hər bir adam da öz qazancını əlavə etdikcə, malın qiyməti arta-arta gəlib istehlakçıya çatır”.

Ekspert deyir ki, bu qiymət fərqini yeni çıxan məhsulların baha olmasından fərqləndirmək lazımdır: “Yeni çıxan məhsulun baha olması təbiidir. Bazara yeni daxil olan məhsula tələbat çox olduğu, məhsul da məhdud miqdarda gəldiyi üçün qiymət baha ola bilər. Amma sonradan məhsul artdıqca, qiymət də aşağı düşür. Bu, bütün dünyada belədir. Amma bir də var ki, kəndli orada məhsulunu sata bilmir, amma şəhərdə də qiymət baha olur. Bu isə tam fərqli situasiyadır və vurğuladığım səbəblərlə birbaşa bağlıdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib