Pakistanın ölkəmizdəki səfiri: “Qardaş kimi birlikdə hərəkət edirik” - FOTO

Diplomat bu günün, həqiqətən, tarixi olduğunu bildirib.
“Pakistan və Azərbaycan xalqını təbrik edirəm. Qardaş kimi birlikdə hərəkət edirik”, - deyə o, özünün “Twitter” hesabında yazıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb.