azadses.az » Cəmiyyət » Bakıda taksi sürücüləri ilə sərnişinlərin bir manatlıq kondisioner davası: Kim haqlıdır? - ARAŞDIRMA

Bakıda taksi sürücüləri ilə sərnişinlərin bir manatlıq kondisioner davası: Kim haqlıdır? - ARAŞDIRMA

Yay gələn kimi ictimai nəqliyyatda kondisioner problemi də başlayır. Bakının yollarında zaman-zaman yaranan tıxacları nəzərə alsaq, insanları başa düşmək çətin deyil.

Bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir video müzakirələrə səbəb olub.

Belə ki, paytaxtda taksi xidmətindən istifadə edən vətəndaşlardan biri anormal halla qarşılaşıb. Taksi sifariş verən şəxs sürücüdən kondisioneri yandırmasını xahiş edir. Sürücü isə bunun üçün gediş haqqından əlavə bir manat pul tələb edir. Hətta bunu elan kimi yazaraq avtomobilə yerləşdirib.

Bu məsələdə nə taksi sürücülərini qınamaq olur, nə də sərnişinləri. Belə ki, taksi sürücüləri deyirlər ki, A məntəqəsindən B məntəqəsinə qədər hesablanan gediş haqqı çox azdır:

“Müştəriləri itirməsinlər deyə taksi şirkətləri aşağı qiymət təklif edirlər. Sərnişin isə avtomobilə əyləşəndə qışda soba, yayda isə kondisionerin yandırılmasını istəyir. Bu isə əlavə yanacaq sərfiyyatıdır. Biz müştəriyə izah edə bilmirik ki, onun verdiyi gediş haqqı heç avtomobilin yanacaq xərci etmir. Avtomobilin benzindən əlavə, yağı var, müxtəlif diaqnostikaları var. O cür işləmək bizə də sərf etmir axı. Biz də ailəmizi dolandırmaq üçün yollara çıxmışıq”.

Bir neçə taksi sürücüsü ilə həmsöhbət olduq və aşağı-yuxarı eyni cavabı aldıq.

Sərnişinlər isə düşünürlər ki, bu xidmətlər gediş haqqına daxildir.

Oxu.Az-ın əməkdaşı bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışıb. Eyni məsafə üçün gediş haqlarının hesablanmasını istədik. Əlaqə saxladığımız şirkətlərdən ikisi sifariş zamanı sərnişinin kondisioner istifadəsinə dair istəyini bildirməli olduğunu deyib. Çünki bu xidmət üçün şirkətlərdən biri əlavə 0,70 AZN, digəri isə 1 AZN əlavə ödəniş tələb edir.

Əlaqə saxladığımız bir neçə şirkətdə sözügedən məsafə üçün gediş haqqı digərlərindən yüksək oldu. Onlar isə kondisioner üçün əlavə ödənişin tələb edilmədiyini bildirdilər.

Bəs sürücü və sərnişin arasında bu problemin həlli üçün hansı alternativlər təklif edilməlidir? Taksi şirkətlərinin tətbiqlərində sərnişinlər üçün xüsusi seçim bölməsi əlavə olunmalıdır, yoxsa yox?

Məsələnin həlli istiqamətində alternativlərin işlənməsinə ehtiyac olduğunu deyən ekspert Fuad Daşdəmirov deyir ki, bu problemin həlli üçün mərkəzləşdirilmiş qaydada vahid tətbiq hazırlanmalıdır:

“Bu məsələyə dövlət nəzarəti mütləq lazımdır. Çünki bu gün taksi sürücülərinin sağlamlığının yoxlanılması ürəkaçan vəziyyətdə deyil. Eyni zamanda fərdi şəkildə sifariş qəbul edən müəssisələr, vergidən yayınan müəssisələr var ki, bütün bunlar nəzarət sistemindəki boşluqlardan qaynaqlanır. Taksi şirkətlərinin fərdi qaydada öz tətbiqlərinə bu seçim bölməsini əlavə etməsini istəmək doğru olmayacaq. Çünki hər kəs öz qaydalarına uyğun qiymət seçimi edəcək”.

Ekspert onu da əlavə edib ki, sürücülərin də narazı olduqları məqamlar var ki, bəzi taksi şirkətlərində sürücülər sifarişi qəbul edən zaman hansı ünvana gedəcəklərini görmürlər:

“Bu, açıq bazardır və bu gün bir çox insanlar bu taksilərdən istifadə edirlər. Lakin sürücülər narazıdırlar. Heç bir şirkətə bu cür məqamlarda qadağa qoymaq olmaz. Amma maliyyə monitorinqləri keçirmək mümkündür. Araşdırmaq lazımdır ki, həmin şirkətlər sərnişinə bir manata necə taksi xidməti göstərirlər? Bu nəqliyyat vasitəsinin baxımı da şirkətlərə daxildirsə, bu cür qiymətlərlə şirkət özünü necə ayaqda saxlayır? Bu kimi yoxlamalar aparıla bilər, bunu da yalnız aidiyyəti qurumlar tərəfindən həyata keçirmək lazımdır”.

Ekspert bunu ictimai nəqliyyatın keyfiyyətli olmaması ilə də əlaqələndirib:

“Yollardakı tıxaclar, nəqliyyat vasitələri və s. - bu, kompleks məsələdir. Bakıda üç-dörd ədəd sürətli tramvay xətti yaradılsa, məncə, taksilərin mövcudluğu sual altında olacaq. Ümumiyyətlə, həmin taksilər həmin qiymətə xidmət təklif edərmi? Baxın, bu ayrıca bir araşdırma mövzusudur. Sadəcə, aidiyyəti üzrə məsələyə baxılmasına ehtiyac var”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?