azadses.az » Cəmiyyət » QHT-ləri təlimdən təkmilləşməyə aparan yol - FOTOLAR

QHT-ləri təlimdən təkmilləşməyə aparan yol - FOTOLAR

Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addım atılıb: Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ilk dəfə “QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı” çərçivəsində təlimlər keçirilib. Proqramda iştirak etmək üçün qeydiyyatdan keçmiş 259 qeyri-hökumət təşkilatından 110 nəfərin müsabiqə yolu ilə qatıldıqları təlimlərin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən və vətəndaş cəmiyyətini təmsil edən QHT-lərin müxtəlif istiqamətli layihələrin tərtib və idarə edilməsi sahəsində bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyevin dediyi kimi, “qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, təşəbbüskarlıqlarının artırılması, xarici partnyorları ilə rəqabətə girməsi üçün mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində əməli işlərə ciddi ehtiyac var”.

Bu istiqamətdə nəzərdə tutulan tədbirlər, sözsüz ki, məqsədyönlü və sistemli şəkildə, müasir tələblərə və ehtiyaclara uyğun həyata keçirildiyi təqdirdə faydalı ola bilər. QHT-lərin təşkilati idarəçiliyində, layihələrin hazırlanması və icra edilməsində, layihə çərçivəsində tədbirlərin təşkili və həyata keçirilməsində müşahidə olunan qüsurlar, layihələrin tərtib edilməsinə qeyri-peşəkar və məsuliyyətsiz yanaşma bir çox hallarda təcrübəsizlikdən irəli gəlir.

Bu cür halların qarşısının alınması, sayı ildən-ilə artan QHT-lərin səmərəli fəaliyyətinin təmin olunması isə müxtəlif yönümlü təlimlər keçirilmədən, təcrübə mübadiləsi aparılmadan qeyri-mümkündür. Bu baxımdan, ölkəmizdə ilk dəfə həyata keçirilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı” qeyri-hökumət təşkilatlarının rəhbərləri və təmsilçilərinin bilik və bacarıqlarının artırılmasında xüsusi əhəmiyyətə malikdir. Rəhbərlik etdiyim “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin də Agentliyin təşkil etdiyi bu təlimlərdən faydalanacağı şübhəsizdir. Layihələrin hazırlanması və icra edilməsi mərhələlərində düzgün qərar qəbul edilməsi üçün məlumatların toplanması və təhlili, layihələrin icra strategiyasının hazırlanması ilə bağlı bilik və bacarıqların formalaşması və təkmilləşdirilməsi gələcəkdə fəaliyyətimizin daha keyfiyyətli, məhsuldar və səmərəli olacağına əminlik yaradır. QHT rəhbərlərinin iştirakı ilə üç gün ərazidə Mingəçevirdə baş tutmuş təlimlər yüksək dövlət qurumu olan Prezident Administrasiyasının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan ictimai təşkilatlara diqqət və qayğısının bariz nümunəsidir.

Təlim günlərində daim yanımızda olan, dəyərli məsləhət və tövsiyələrini əsirgəməyən, təşkilatlararası işgüzar münasibətlərin möhkəmlənməsinə səy göstərən, məşğələlərin məzmunlu və asudə vaxtımızın səmərəli təşkili üçün hər bir şərait yaradan Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyevə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya, hər iki qurumun məsul əməkdaşlarına, bilik və bacarıqlarını bizimlə bölüşən təlimçilərə minnətdarlığımı bildirir, bu səpgidə tədbirlərin davamlı olacağına və gələcəkdə yeni təlimlərə qatılacağıma ümid bəsləyirəm.

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri








DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib