azadses.az » Cəmiyyət » Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları bloqerlərlə görüşüb – FOTO

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları bloqerlərlə görüşüb – FOTO

Diaspor Gənclərinin Şuşa şəhərində keçirilən III Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış bloqerləri ilə görüş keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.


Qeyd olunub ki, komitə sədrinin müşaviri Cahid Kazımovun moderatorluğu ilə aparılan görüşdə 365.az saytının baş redaktoru, bloqer Kubra Məhərrəmova və influenser marketinq şirkətinin rəhbəri Aliyə Cəlil iştirak ediblər.

Ata tərəfdən əsillərinin Şuşadan olduğunu söyləyən Kübra Məhərrəmova bildirib ki, diaspor gəncləri üçün düşərgənin mədəniyyət paytaxtımızda təşkil edilməsi çox mühüm hadisədir: “Dünyanın harasında olursunuzsa-olun, bu torpaqların dağı, daşı sizə hər zaman güc verəcək”.

Vətən müharibəsi dövründə ölkəmizə qarşı aparılan informasiya savaşı zamanı müxtəlif təxribatlarla qarşılaşdıqlarını vurğulayan baş redaktor qeyd edib ki, bütün çətinliklərə baxmayaraq diaspor gənclərindən güclü dəstək alıblar: “Dünyanın dörd tərəfində yaşayan gənclərimiz bizim saytların yaydıqları informasiyaları “Qarabağ Azərbaycandır!”, “Azad Şuşa”, “Gəncə üçün dua et!” və sair həştəqlərlə sosial şəbəkələrdə dərhal paylaşırdılar. İnformasiya müharibəsində bu üstünlüyü siz bizə qazandırdınız”.

Aliyə Cəlil qeyd edib ki, gənclərimiz döyüş meydanından və informasiya müharibəsindən alnıaçıq və üzüağ çıxdılar: “Həm səngərdə, hən də sosial media şəbəkələrində qalib gəldik. Buna görə hər birinizə təşəkkür edirəm”.

Kübra Məhərrəmovanın “Mənə elə gəlir ki, ölkəmizdə ən güclü influenser cənab Prezident İlham Əliyev oldu. Bütün vətəndaşlarımız və dünyadakı azərbaycanlılar, hətta “Twitter”-də olmayan mən belə, onun səhifəsinə abunə olduq ki, baş verənlərdən dərhal xəbər tutaq” fikri düşərgə iştirakçılarının alqışları ilə qarşılanıb.

Blogerlər diaspor gənclərini Azərbaycan həqiqətlərini məntiqlə və mütəşəkkil şəkildə təbliğ etməyə çağırıblar və bu istiqamətdə tövsiyələrini səsləndiriblər.

Tədbir interaktiv sual-cavab formatında davam edib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  2. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  3. Argentinada 6 maqnitudalı zəlzələ olub
  4. Şanlıurfada yol qəzası olub, ölənlər var
  5. Lerik rayonunda zəlzələ baş verib
  6. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  7. Salyanda yay şumu qaldırılır
  8. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  9. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  10. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"