azadses.az » Cəmiyyət » Ermənilərin Laçını məhv etməsinin sübutları - FOTOFAKT

Ermənilərin Laçını məhv etməsinin sübutları - FOTOFAKT

Bütün avqust ayı ərzində ermənilərin qanunsuz məskunlaşdıqları və bu ayın sonu, gələn ayın əvvəlinədək tərk etməli olduqları Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri təkcə Azərbaycan kütləvi informasiya vasitələrinin deyil, eyni zamanda erməni və dünya mətbuatının da əsas mövzusu olaraq qalır. 2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad edilsə də, Laçın şəhəri və ətraf kəndlərdə qeyri-qanuni məskunlaşmış şəxslər, o cümlədən Yaxın Şərqdən olan miqrantlar yaşamağa davam edirdilər. Lakin Azərbaycan rekord müddətdə Laçın ətrafında ultramüasir yolun öz ərazisinə düşən hissəsini çəkdikdən sonra Bakının şəhər üzərində nəzarətini bərpa etmək məsələsi ortaya çıxdı. Və burada ölkəmiz qeyri-qanuni miqrantlara təhlükəsiz evakuasiya üçün kifayət qədər vaxt verməklə bir daha humanistlik nümayiş etdirdi.

Caliber.Az dəfələrlə ermənilərin Laçın, Zabux və Sus kəndlərini necə vəhşicəsinə dağıtdıqlarını, yandırıb talan etdiklərini əks etdirən yazı və xəbərlər dərc edib. Üstəlik, erməni jurnalistlər özləri də bu barədə yazmaqdan çəkinmirlər. Məsələn, Nairi Ohikyan Zabux kəndində əsl quldurluq hadisəsinin baş verdiyindən danışıb.

Lakin bu prosesin məhz indi, avqust ayında, Azərbaycan tərəfinin həm Ermənistana, həm də Rusiya sülhməramlı kontingentinə qeyri-qanuni köçkünlərin ərazini tərk etmələri barədə rəsmi məlumat verməsindən sonra başladığını söyləmək olmaz. Erməni işğalçılar üçün ikinci xarakterə çevrilmiş talançılıq 2022-ci ilin avqustundan əvvəl başlayıb. O vaxt erməni tərəfinə məlum olub ki, Bakı yeni Laçın yolunun tikintisini 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 6-cı bəndində göstərilən üç illik müddətdən xeyli tez başa çatdıracaq. Lakin Prezident İlham Əliyev hələ 2020-ci il dekabrın 1-də Azərbaycan xalqına müraciətində belə bir ssenari ilə bağlı xəbərdarlıq etmişdi:

“...Rusiya prezidenti ilə söhbət zamanı dedim ki, Laçın şəhəri də bizə qaytarılmalıdır. Ona görə də biz yeni dəhliz tikməyi təklif edirik. Təklif edirik ki, Qarabağı Ermənistanla birləşdirən yeni dəhlizin marşrutu işlənib hazırlansın və tikilsin. Burada müddət də göstərilir - üç il. Amma inanıram ki, biz bunu daha tez edə bilərik. Yeni dəhlizin parametrləri müəyyənləşdikdən sonra Laçın şəhəri də bizə qaytarılacaq”.

Prezidentin Azərbaycan xalqına müraciət tarixinə bir daha diqqət yetirin. İlham Əliyevin sözünün əməldən heç vaxt ayrılmadığı ilə bağlı danılmaz faktı nəzərə alsaq, erməni tərəfi Bakının, həqiqətən də, yolu 2023-cü ilə qədər çəkəcəyinə şübhə etmirdi. Və artıq o zaman tərk etməli olduqları Laçın rayonunun infrastrukturunun amansızcasına dağıdılması üzrə hazırlıqlar başladı.

Caliber.Az Laçın rayonunun kosmosdan çəkilmiş unikal görüntülərini əldə edib. Bəzi şəkillər 2020-ci ilin dekabrına aiddir. Həmin şəkillərdə binalar hələ də dağılmayıb və salamatdır. 2022-ci ilin may ayına aid digər şəkillərdə isə eyni ərazidir, orada ermənilərin vandalizm və talan izləri aydın görünür: Eyni evlər ya dağıdılıb, ya da onlardan ancaq damı olmayan divarlar qalıb, meşələr yandırılıb, infrastruktur obyektləri məhv edilib.







Təbii ki, ermənilərin Azərbaycanın humanizminə nəcibliklə cavab verəcəklərini düşünmürdük, çünki onların Kəlbəcərdən tələsik qaçmasının rəzil mənzərəsi hələ də gözümüzün qabağındadır. Şübhə etmirik ki, ardınca bütün Laçın rayonunu minalarla dolduracaqlar ki, azərbaycanlıların öz evlərinə qayıtması prosesi ləngisin.

Buna şübhə yoxdur, olacaq. Əsas odur ki, qədim Azərbaycan torpaqları gəlmə, çağırılmamış və yad ünsürlərdən tezliklə təmizlənsin. Onsuz, iki həftədən az qalıb, gözləyərik. Bundan sonra isə Azərbaycan ərazilərini nəinki minalardan təmizləyəcək, həmçinin yenidən abadlaşdıracaq və ümidvarıq ki, Laçına, Zabuxa, Susa, həmçinin Laçının digər yaşayış məntəqələrinə tezliklə sakit həyat, rifah qayıdacaq, həyətlərdən isə yenə şən uşaq səsləri gələcək. Axı əsl sahiblər öz doğma yerlərinə qayıdacaqlar.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Balakəndə qadın hamamda ölü tapılıb
  3. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  4. Bakının iki rayonunda qaz olmayacaq
  5. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  6. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  7. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
  8. Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
  9. Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  10. DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Miçiqan Universitetinin amerikalı alimləri qrunt sularının təmizlənməsində əsas rol oynayan dərin torpaq qatlarında (20 metrə Ətraflı
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çinin Elmlər Akademiyasının Hefey Fizika Elmləri İnstitutunun alimləri yüksək anizotrop istilik keçiriciliyinə və müstəsna Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar