azadses.az » Cəmiyyət » Şahin Bağırov: “Yaxın üç ay ərzində Gürcüstan və Türkiyə ilə məlumat mübadiləsi platforması hazırlanacaq”

Şahin Bağırov: “Yaxın üç ay ərzində Gürcüstan və Türkiyə ilə məlumat mübadiləsi platforması hazırlanacaq”

“Bakı-Tbilisi-Qars layihəsinin inşasına başlanandan inşanın sonuna çatana qədər Azərbaycan bu layihəni hər zaman dəstəkləyib”.

“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov bu gün Bakıda keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclasında bildirib.

Onun sözlərinə görə, bu layihədə gömrük xidmətinin də üzərinə böyük işlər düşür:

“Məqsədimiz yüklərin tez bir zamanda və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasına nail olmaqdır. Bunun üçün də gərək gömrük işinin təşkili ilə bağlı bütün lazımi prosedurları həll edək. Burada biz Gürcüstan və Türkiyə ilə birgə fəaliyyət göstərməliyik”.

Ş.Bağırov bildirib ki, Azərbaycan gömrük xidməti həm Gürcüstan, həm də Türkiyə gömrük xidməti ilə geniş əməkdaşlığa sahibdir:

“Yaxın üç ay ərzində məlumat mübadiləsi ilə bağlı platforma hazırlanacaq, bu məlumatların elektron formada mübadiləsinə nail olunacaq”.

Gömrük Komitəsinin sədri bildirib ki, məlumat mübadiləsi platforması hazırlanandan sonra qatarlar boş dayanmaya məruz qalmayacaq. O qeyd edib ki, dövlət başçısı ölkədə tranzit potensialının artırılmasına böyük əhəmiyyət verir: “Biz də işimizi planlaşdıraraq bütün qarşımıza qoyulan məqsədlərə nail olacağıq”.

Ş.Bağırov qeyd edib ki, tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsi həmçinin dəniz limanlarının da tranzit potensialının artırılmasına və Şimal-Cənub, Orta dəhliz ilə tranzit yüklərin daşımasına böyük imkan yaradacaq:

“Bizim əməkdaşlığımız beynəlxalq səviyyədə platforma yaradacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib