azadses.az » Cəmiyyət » Laçınlı baş redaktor: “Bundan sonra ermənilər ərazilərimizlə bağlı xülyalarını unudacaqlar” - FOTO

Laçınlı baş redaktor: “Bundan sonra ermənilər ərazilərimizlə bağlı xülyalarını unudacaqlar” - FOTO

“Hər birimiz Azərbaycan Ordusuna, dövlətimizə inanır və səbirsizliklə bu günü gözləyirdik. Hamımız Laçın şəhərinə geri qayıtmağa hazırlaşırıq”.

Bu fikirləri “Report”a açıqlamasında “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli deyib.

Ən böyük arzularından birinin Laçın şəhərinə, bütöv və azad Laçına getmək olduğunu bildirən A.Məmmədli bu müqəddəs səfərinin ən qısa vaxtda gerçəkləşəcəyinə ümid edir.

O, Ali Baş Komandanın bu gün səhər Laçınla bağlı müjdəli xəbərindən çox sevincli olduğunu və buna görə də hisslərini düzgün ifadə edə bilmədiyini vurğulayıb.

Baş redaktor söyləyib ki, Laçının tamamilə ermənilərdən təmizlənməsi həm də siyasi əhəmiyyət daşıyır:

“İndiyə kimi ermənilər Laçında, şəhərin özündə, Zabuxda və Susda qalacaqlarına ümid edirdilər. Artıq onların inamı sarsıldı. Bundan sonra ermənilər Qarabağdan gözlərini birdəfəlik çəkməlidirlər. Bundan sonra ermənilər arasında böyük ruh düşkünlüyü hökm sürəcək və onlar ərazilərimizlə bağlı xülyalarını unudacaqlar”.

A.Məmmədli həmçinin bildirib ki, Laçının ermənilərdən tamamilə təmizlənməsi həm də beynəlxalq ictimaiyyətə açıq bir mesajdır:

“Artıq bütün dünya başa düşməlidir ki, Azərbaycan haqq işini görür, öz ərazi suverenliyini bərpa edir. Böyük güclər artıq bu həqiqətlə barışmalıdırlar. Bundan başqa, Laçının tamamilə ermənilərdən təmizlənməsinin bir əhəmiyyəti də daxildə bəzi pessimist fikirli insanlarda inamın bərpa olunmasıdır. Beləliklə, bizi qarşıda daha böyük qələbələr, uğurlar gözləyir”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdıqlarını, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin tam nəzarətə götürüldüyü müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib